E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018 / 11:20

E-Manat terminalları ASAN Ödəniş dövlət informasiya sisteminə qoşuldu.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmış ASAN Ödəniş sistemi vətəndaş əlçatanlığının təmin edilməsi istiqamətində daha bir yenilik təqdim edir.

Belə ki, vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini artıq ASAN Ödəniş sisteminə uğurla inteqrasiya edilmiş e-Manat ödəmə terminalların vasitəsilə də həyata keçirə bilərlər.

Yaxın zamanda isə digər növ dövlət ödənişlərini də ASAN Ödəniş sisteminə qoşulmuş istənilən ödəniş terminalları və portalları, bank, poçt və digər yığım təşkilatları, həmçinin e-Manat ödəniş terminalları vasitəsilə həyata keçirə biləcəklər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ASAN
Ödəniş sisteminin imkanlarından istifadə etməklə nağdsız ödənişlərin inkişafına dəstəyin göstərilməsi eləcə də, bütün növ dövlət xidmətləri üzrə ödənişlərin qəbulu imkanlarının yaradılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin ödənilməsi ASAN ödəniş sisteminin asanpay.az ödəmə portalı və terminalları eləcə də, hesab.az, e-pul.az, portmanat.az portalları, e-Manat ödəmə terminalları vasitəsi ilə təmin edilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.