E-təhsil mühitinin inkişafı müzakirə edilib

02-12-2016 / 12:02

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün illik hesabatını təqdim edib. 

Xeberler.az-ın məlumatına görə, F.Ağayev öncə şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətlərindən olan “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə aparılan tədqiqatlar barədə məlumat verib.

Bildirilib ki, elektron təhsil mühitinin formalaşdırılması, bulud texnologiyasının formalaşmasında elektron təhsil mühitinin idarə edilməsi və elektron tədris müəssisələrində Big Data texnologiyalarının tətbiqi məsələləri üzrə araşdırmalar aparılmış, elektron təhsil mühitində intelektual analiz metodları tətbiq edilib.

O, həmçinin “Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusu üzrə aparılan araşdırmalar barədə danışdı.

Bu istiqamətdə İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi üçün riyazi təminatın tətbiqi, o cümlədən ali təhsil müəssisələri üçün İKT ixtisasları üzrə təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırılma prosesində proqram təminatının tətbiqi işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb.

Şöbənin elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verən məruzəçi cari ildə Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara “İnformatika” fənninin tədris olunduğunu söyləyib.

F.Ağayev respublika və beynəlxalq səviyyəli konfranslara 8 tezisin təqdim edildiyini, tanınmış elmi jurnallarda isə 4 məqalənin nəşr olunduğunu diqqətə çatdırdı. Həmçinin şöbədə müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə əlaqədar yerinə yetirilmiş işlərdən danışıb.

Şöbə müdiri beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açaraq hesabat ili ərzində Ufa Dövlət Aviasiya Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.

 Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.