E-xidmətdən istifadə etməklə dövlət büdcəsinə 314,1 milyon manat vəsait daxil olub

22-08-2015 / 11:36

Azərbaycanda nağdsız ödənişlərin təşviqi və miqdarının artırılması istiqamətində Vergilər Nazirliyi, Mərkəzi Bank və Dünya Bankı arasında “Nağdsız əməliyyatların stimullaşdırılması sahəsində” Əməkdaşlıq Sazişinin layihəsi hazırlanıb.

Xəbərlər-in Ictnews.az-a istinadən verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, sözügedən saziş layihəsi bütün dövlətdaxili proseduralardan keçərək Nazirlər Kabinetinə təqdim edilib. Saziş üzrə bütün maliyyələşmələrin Dünya Bankı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Rüsumların, vergilərin, inzibati cərimələrin və digər ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi ilə bağlı işlər 2014-cü ildə də davam etdirilib. Bu elektron xidmətindən istifadə etməklə hesabat ili ərzində dövlət büdcəsinə 1179810 sayda ödəniş əsasında 314,1milyon manat vəsait daxil olub.

Eyni zamanda respublika ərazisində nağdsız ödənişlərin, eləcə də POS-terminallardan istifadənin genişləndirilməsi məqsədilə cari ilin avqust ayından iri ticarət mərkəzlərində “Sürətli keçid üçün nağdsız ödəyin” şüarı altında layihənin tətbiqinə başlanılıb. Layihə çərçivəsində ölkəmizdə POS-terminallar vasitəsilə ödənişin təşviq olunması məqsədilə Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən iri ticarət mərkəzlərində nağdsız ödənişin aparılması üçün 12 vergi ödəyicisinə məxsus 56 təsərrüfat subyektində “Sürətli keçid üçün nağdsız ödəyin” şüarı altında layihə tətbiq olunub. Artıq həmin layihə respublikanın digər regionlarında da reallaşdırılır.

Vergilər Nazirliyinin Facebook sosial şəbəkəsindəki səhifəsində bu barədə məlumatlandırma və təbliğat işləri aparılıb, müvafiq videosüjet hazırlanaraq sosial şəbəkələrdə və Youtube videohostinqində yerləşdirilib.

 

Xeberler.az
 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.