E-xidmətlərin 75 faizi portala inteqrasiya edilib

14-12-2015 / 12:39

Bu il dekabrın 1-nə olan statistikaya əsasən,  Nazirlər Kabinetinin təsdiqlədiyi 462 xidmətdən 345-i “Elektron hökumət” portalına inteqrasiya olunub.

Xeberler.az bildirir ki, bu da siyahıdakı xidmətlərin 75 faizini təşkil edir.

Statistik göstəricini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi açıqlayıb.

Qeyd edək ki, “Elektron xidmət növlərinin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilib.

"Elektron hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.