E-xidmətlərlə bağlı növbəti ödənişsiz təlim

16-05-2017 / 10:31

Sabah "Elektron hökumət" üzrə növbəti  ödənişsiz təlim keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, təlimin mövzusu "Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi" olacaq.

Məlum olduğu kimi, "Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi" qaydalarına əsasən sığorta edənlər qeydiyyata alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb məcburi dövlət sosial sığorta barədə hesabat təqdim edirlər.

2017-ci il 1 aprel tarixindən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması ilə "Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi" xidmətinə müraciət elektron imza vasitəsi ilə aparılır.

Bu elektron xidmətdən istifadə haqqında məlumat əldə etmək istəyənlə buradan  qeydiyyatdan keçib, təlimdə iştirak edə bilərlər.

Təlim Elektron Hökumət Təlim-Tədris Mərkəzi (EHTTM)  tərəfindən keçirilir. 

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.