eBay hərracında Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb

30-05-2015 / 11:23

İnternet vasitəsilə alış-veriş həyata keçirilən eBay hərracında Azərbaycan ərazisində Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb.

Xəbərlər-in verdiyi məlumata görə, rəsmlər 1714-cü ilə aid edilir. Bu gün hərraca çıxarılan rəsmlərin başlanğıc qiyməti 9,99 dollar müəyyən olunub və 11,50 dollara satılıb.

Əsərin müəllifi Niderland rəssamı və səyyahı Kornelis de Bryuindir. 1652-1727-ci illərdə yaşamış rəssam Şərqə doğru iki böyük səyahət edib və özünün çəkdiyi rəsmlərdən ibarət olan iki kitab dərc etdirib. Bu kitablarda Rusiya, Azərbaycan, İran, Hindistan və digər ölkələrdə çəkdiyi rəsmlər əks olunub.

Satışa çıxarılan rəsmlərin orijinal olduğu bildirilir. Əsərlər hərracda İtaliyanın antik kitab və xəritə satışı ilə məşğul olan şirkəti tərəfindən yerləşdirilib. (AZƏRTAC)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə