“eBay” internet auksionunun mənfəəti artdı

22-07-2010 / 19:45

“eBay” şirkəti bu ilin II rübündə fəaliyyətinin maliyyə göstəricilərini açıqlayıb.

 Ən böyük internet-auksionlardan biri üç ay ərzində 2,2 mlrd. dollar gəlir əldə edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlir 2,1 mlrd. dollardan 6% artıb. Hətta “Skype” İP-telefoniya servisi nəzərə alınmadığı halda rüblük gəlir 15% artıb.

Şirkətin xalis mənfəəti ötən illə müqayisədə 25% artaraq 412 mln. dollar təşkil edib. Maliyyə göstəricilərinin yaxşılaşmasına şirkət əsasən “PayPal” servisi üzərində qurulmuş ödəniş biznesi sayəsində nail olub. “PayPal”dan istifadə edənlərin sayı 3 mln. nəfərədək artıb, gəliri isə 22% artaraq 817 mln. dollara çatıb. İyunun sonuna olan məlumata görə, “PayPal” bazasında 87,2 mln. akkaunt olub.

Bu rübdə “eBay” hər səhmə 35-37 sent mənfəət göstərərək 2,13 - 2,18 mlrd. dollar gəlir almaq niyyətindədir. Bu ilin nəticələrinə görə, gəlirin 8,8-9 mlrd. dollara, mənfəətin isə səhmə qarşı 1,60-1,65 dollara çatacağı gözlənilir.

Maliyyə göstəricilərini açıqladıqdan sonra şirkətin qiymətli kağızları 68 sent və ya 3,4% bahalaşaraq 20,85 dollaradək bahalaşıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.