Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015 / 11:27

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2015/2016-cı tədris ilindən əcnəbi tələbələrin qəbul qaydalarını elektronlaşdırıb.

Universitetin mətbuat xidmətindən Xəbərlər-ə verilən məlumata görə, Azərbaycanın iqtisad profilli yeganə dövlət universiteti və Cənubi Qafqazın ən böyük ali məktəblərindən biri olan UNEC 21 ixtisas üzrə əcnəbilərin bakalavr və magistratura səviyyələrində tələbə qəbulunu elan edir. Təhsil Azərbaycan, rus, türk və ingilis dillərində aparılır.

Əcnəbi vətəndaşlar üç dildə fəaliyyət göstərən kabinet.unec.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edəcək və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanacaqlar. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı tövsiyyə məktubu da tələb olunur.

Növbəti mərhələdə isə abituriyentlər Skype vasitəsilə müsahibəyə dəvət ediləcək.

Sənəd qəbulu sentyabrın 10-dək davam edəcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.