Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017 / 15:43

Bu yaxınlarda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda bu qurumun veb-saytının təqdimatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək rəhbərlik etdiyi müəssisədə son zamanlar yüksək texnologiyaların sürətlə tətbiq olunduğunu bildirib.

 Alim yeni saytın Azərbaycan və dünya ədəbiyyatında baş verən yeniliklərin, alimlərimizin fəaliyyətinə dair məlumatların dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edəcəyinə əminliyini ifadə edib.

Sonra institutun Elmi informasiya və tərcümə şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva www.literature.az saytını təqdim edərək bu resursun yaradılmasında əsas məqsədin institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması olduğunu bildirib.

Tədbirdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova və sektor müdiri Əfruz Qurbanova iştirak ediblər.

G.Nəbibəyova çıxış edərək hər bir saytın 3 – dizayn, informasiya təminatı və proqram təminatı aspektlərindən xarakterizə olunduğunu diqqətə çatdırıb.

Ədəbiyyat İnstitutunun tarixi, burada həyata keçiriəln tədbirlər və qurumun əsas fəaliyyət istiqamətlərini əks etdirən www.literature.az saytının dizayn,  proqram və informasiya təminatı baxımından yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Ədəbiyyat İnstitutunun veb-saytının bütün müasir tələblərə cavab verdiyini və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırıb. 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.