Ədəbiyyat Muzeyinin veb-saytı yenilənib

29-09-2016 / 11:18

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 2011-ci ildən fəaliyyət göstərərək ölkədə ədəbiyyat sahəsində baş verən ən son yenilikləri, tanınmış ədəbi xadimlərimizə dair məlumatları və muzeyin çoxcəhətli fəaliyyətini əks etdirir.

Muzeyin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, bu yaxınlarda muzeyin veb-saytı təkmilləşdirilərək yeni dizaynda istifadəyə verilmişdir. Yüksək səviyyədə, ən son texnologiyalarla hazırlanmış saytda proqram təminatı yenilənmiş, çatışmazlıqlar aradan qaldırılmış, saytın stili müasir tələblərə uyğunlaşdırılmışdır. Resursun baş səhifəsində Ədəbiyyat Muzeyində baş tutan önəmli görüşlərin, ən mühüm tədbirlərin görüntüləri slayd şəklində əks olunur. Səhifənin strukturuna "Muzey", "Nəşrlər", "Filiallar", "Media", "Elanlar", "Xəbərlər" və s. bölmələr daxildir.

"Muzey" bölməsində muzeyin tarixi, quruluşu, 40-cı illərdən müasir dövrümüzədək bu tarixi məkanı ziyarət edən xarici qonaqlar, görkəmli şəxslər, yazıçı və alimlərə dair məlumatları, onların muzey haqqında dəyərli fikirlərini oxumaq olar. "Nəşrlər" bölməsi vasitəsilə Azərbaycan elmi və ədəbiyyatı sahəsində baş verən ən son yeniliklər, keçirilən tədbirlər, konfranslar, elmi seminarlar haqqında bilgilər əldə etmək mümkündür.

"Media" bölməsində ölkədə ədəbiyyat sahəsində keçirilən tədbirlərə dair fotoşəkillər, videogörüntülər yer almışdır. "Xəbərlər və elanlar" bölməsində isə muzeyin fəaliyyəti və ədəbiyyatına dair yeniliklər, keçiriləcək konfranslar, xarici səfərlər, çap olunan yeni nəşrlər, o cümlədən muzeyin direktoru, filologiya elmləri doktoru, akademik Rafael Hüseynovun elmi fəaliyyətini əks etdirən məlumatlar mütəmadi olaraq işıqlandırılır.

Qeyd edək ki, sayt azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

 

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə