Əfsanəvi oyun Snake geri döndü

23-04-2015 / 13:08

Finlandiyalı telefon istehsalçısı Nokia-nın klassik telefonları dövrünün əfsanəvi oyunu Snake (İlan) geri döndü.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, müasir bir formada yenidən inkişaf etdirilən oyun Curve Snake olaraq Play Store-da nəşr olunub.

Dünyanın ən məşhur mobil oyunlarından biri olan və əsas xətləri qorunan oyunun köhnə Nokia istifadəçiləri tərəfindən maraq görəcəyini söyləyə bilərik. 4Gamers tərəfindən inkişaf etdirilən Curve Snake (əyri ilan) adlı oyun müasir, rəngli və cazibədar qrafiki ilə olduqca yaxşı görünür.

Ekrana toxunaraq istiqamətləndirdiyiniz sürünən xarakteri böyütmək üçün mümkün olduqca çox toplamanız lazımdır. Ayrıca Google hesablarınız ilə əlaqə qurulan oyunda aldığınız hesab nəticələrini Twitter və Facebook-dan paylaşa bilərsiniz.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə