Əhali Hesab.az-la ən çox kreditlərinin ödənişini edib - Statistika

22-12-2015 / 13:00

Azərbaycanın onlayn ödəmələr bazarında xüsusi çəkiyə malik GoldenPay-ə məxsus Hesab.az 4 il öncə  yalnız ödəmə portalı kimi fəaliyyətə başlasa da,  xidmət növlərini genişləndirərək onlayn xidmətlər portalına çevrilib.

Kommunal, mobil, internet, bank kreditlərinin ödənişi, habelə bank kreditlərinə müraciət, sığorta xidmətləri, elektron biletlərin alınması kimi fərqli xidmətlər təqdim edən portalın bu il ödəmələrinin həcmində ciddi artım müşahidə olunub. 

GoldenPay-dən Xeberler.az-a verilən məlumata görə, Hesab.az portalının  qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 200.000 olub. 

Keçən illə müqayisədə kommunal ödəniş edən aktiv istifadəçilərin sayı 22 faiz, kommunal ödənişlərin dövriyyəsi isə 26 faiz artıb. Digər ödəmələrdə də müvafiq artım olub. Mobil ödəniş edənlər 19 faiz, dövriyyəsi 10 faiz, TV ödənişi edənlər 38 faiz, dövriyyəsi 27 faiz,  internet ödənişi edənlər 33 faiz, dövriyyəsi 18 faiz, rabitə ödənişi edənlər 25 faiz dövriyyəsi 20 faiz artıb.

2015-ci ildə Hesab.az vasitəsilə  kredit borcunun ödənilməsi mümkün olan banklar sırasına Expressbank, Rabitə Bank, Kapital Bank və  Bank VTB (Azərbaycan) daxil olub. Buna əsasən də ən böyük faiz artımı bank kreditləri ödənişlərində qeydə alınıb. Cari illə müqayisədə bank ödənişi edən istifadəçilərin sayı 85 faiz, dövriyyəsi isə 91 faiz artıb.

Hesab.az ödənişlər müqavilində istifadəçilərin qazandığı bonusların dəyərləndirilməsi istiqamətində də yenilik edib. Yeni yaradılmış “Dərhal dəyiş” bölməsində istifadəçilər bonuslarını hədiyyələrə dərhal dəyişə bilirlər. Eyni zamanda artıq istifadəçilərin bonuslarını Azercell, Bakcell danışıq dəqiqlərinə dəyişmə imkanları da var.  

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.