Əhaliyə şad xəbər: Qazın limiti artırıldı

30-04-2019 / 21:06
Bu gün Tarif Şurasının növbəti iclası keçirilib.
 
Xeberler.az bildirir ki, iqtisadiyyat naziri Şahin Mustafayev təbii qazdan istifadəyə görə tətbiq edilən limitin artırıldığını bəyan edib. 

Nazirin sözlərinə görə, qərar may ayının 1-dən etibarən qüvvəyə minəcək.

"Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə təbii qazın illik istifadə limiti 1700-dən 2200 kubmetrədək artırılıb", - deyə nazir vurğulayıb.

Ş.Mustafayev qeyd edib ki, ilin əvvəlindən 1700 kubmetrlik qaz limitini keçənlərin hesabları sıfırlanacaq.

Nazirin sözlərinə görə, bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının nümunəsidir.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.