Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019 / 09:58

“Düşünürəm ki, “Elektron hökumət”(e-Gov) sahəsində səlahiyyətli qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliy həm təhlükəsizlik baxımından, həm də rəqabətli mühit yaratmaq baxımından ciddi bir problemi həll etməlidir”.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, sirr deyil ki, “ASAN İmza” (Mobil İmza) xarici məhsuldur:

“Fikrimcə, bütün dövlət və özəl sistemin identifikasiyanının yalnız bir xarici İT həll üzərində "oturdulması" doğru yanaşma deyil.

Bildiyim qədər, dövlət sektorunda İT təhlükəsizliyə cavabdeh qurumlar bu sahədə ciddi işlər aparırlar. Elə bu yaxınlarda dövlət sektorunda indiyədək istifadə olunan və xarici ölkəyə məxsus olan İT məhsuldan da imtina olunub. Düşünürəm ki, xarici məhsul olan “ASAN İmza”ya da bu baxımdan yanaşılması doğru olardı.

Elektron Hökumətin İnkişafı Mərkəzi bu məsələnin həllinə diqqət yetirməlidir və alternativ bir mobil identifikasiya sistemi yaratmalıdır . 

Həmçinin də elektron imzadan istifadə zəruri olan xidmətlər üçün bəlli bir qaydalar hazırlanmalıdır. Baxırsan ki, az qala 500 manat kredit alan kəndli-fermerdən də, hər ay 2.5 manat qopartmaq üçün “ASAN İmza” tələb edirlər”.

Ekspert əlavə edib ki,  ötən ilki əsassız qiymət artımından sonra həmin xarici qurum “ASAN İmza”ya görə hər ay 0.5 milyon manat qazanır”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.