Ekspert : Bu il DİM üçün çox ağır olacaq

14-02-2019 / 10:48

Bu il həqiqətən Dövlət İmtahan Mərkəzi üçün çox ağır olacaq.

Xeberler.az  bildirir ki, bu sözləri Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın Koordinatoru Osman Gündüz qeyd edib.

O, yazıların yoxlanılması zamanı müdaxilə hallarına yol verilməməsi üçün diqqətli olmağın vacibliyini vurğulayıb:

“Ötən gün yenə də DİM-də yeni imtahan qaydalarının icrası ilə bağlı yaradılan sistemin fəaliyyətini müşahidə edirdik. İmtahanlara düşən yazılı tapşırıqların kompüter tərəfindən deyil, müəllimlər tərəfindən yoxlanılması DİM-dən yeni yanaşmalar tələb edir.

Əlbəttə, imtahan suallarının yoxlanılmasında insan amili olacaqsa, subyektivlik və müdaxilə üçün yeni imkanlar da yaranır. Yazılı cavabların yoxlanılmasında subyektivliyin minimuma endirilməsi və müdaxilə imkanlarının aradan qaldırılması vacib məsələdir. Əzbərçilik işə yaramadığından, analitik düşüncəsi olanların başqasının əvəzinə imtahana girmək ehtimalları arta bilər. Bunun qarşısı necə alına bilər?

Qapalı tapşırıqların cavabları 1-2 gün ərzində məlum olsa da, yazılı tapşırıqları markerlər 2 həftəyə yoxlayıb başa çatdıra biləcəklər. Belə olan halda DİM nəticələri necə elan etməlidir? Dərhal qapalıların cavabını elan edib 2 həftədən sonra yazılı tapşırıqları nəticəsini elan etsin, yoxsa, bütün nəticələri 15 gündən sonra elan etsin? Yazılı işlərin 15 gün ərzində təhlükəsizliyini necə qorumaq olar?

DİM bütün bunların fərqindədir və ekspertlərin iştirakı ilə bu sistemin imtahan zamanı və nəticələrin hesablanması zamanı qüsursuz işləməsi üçün indidən tədbirlər görür. Bir neçə min müəllim təlimlərə cəlb olunub və yazıları yoxlamağa hazırlanıb. Subyektivliyi azaltmaq üçün müxtəlif texnoloji həllər tətbiq olunacaq.

Yazılı işlərin kodlaşdırılması, şifrələnməsi və deşifrə olunması üçün yeni proqram təminatları hazırlanıb. Başqasının əvəzinə imtahana daxil olmanın qarşısını almaq üçün də texnologiyaların köməyindən istifadə olunacaq”.

Qeyd edək ki, DİM ötən bazar yeni qaydalara uyğun sınaq imtahanları təşkil edib. DİM bu dəfə digər şəxslərin yerinə imtahan verilməsinin qarşısını almaq üçün pilot qaydada “Face Recognition” (üzün tanınması) texnologiyasından istifadə edilib. Yeni qaydalara görə, imtahan verənlərə yazı işləri də təqdim olunur. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu yazı işləri klassik qaydada, DİM-in müqavilə ilə işə götürdüyü əməkdaşlar tərəfindən yoxlanılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.