Ekspert : Güzəştli mənzil seçimi bu dəfə uğurla başa çatıb

25-01-2019 / 13:59

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı prosesinə 25.01.2019-cu il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır.

Xeberler.az  bildirir ki, məsələylə bağlı “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama verib:

"Məlum olduğu kimi , əvvəlki onlayn satışda xeyli problemlər olmuşdu. Hətta ilkin satışın nəticələri ləğv edilmişdi. Bundan sonra “Güzəştli mənzil ” sisteminin təkmilləşdirilməsi ilə bağlı xeyli təkliflər verilmişdir. VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura olaraq bizdə bir xeyli təkliflər vermişdik. Düşünürəm ki , MİDA tərəfindən aparılan təkmilləşdirmə işləri , sistemin yüklənməsinin qarşısının alınması, geri sayımın təşkili, trafikin artırılması, serverlərin gücləndirilməsi ilə bağlı işlər, xüsusilə də qabaqcadan DEMO versiyanın və sınaq seçimlərin təşkil olunması öz bəhrəsini verib. Həmçinin də, iddiaçılar qabaqkı mərhələlərə nisbətən daha yaxşı hazırlaşıblar və texniki-texnoloji imkanlarını xeyli genişləndiriblər. "

Ekspert eyni zamanda MİDA-nın bu dəfə də prosesin canlı yayımını təşkil etmədiyini vurğulayıb:

"Bir daha vurğulamaq istərdik ki, proses nə qədər şəffaf və ədalətli olsa da, texniki imkanları yetərli olmayanların və mənzillərin azlığı ucbatından uğur qazana bilməyənlərin sayı hədsiz çoxdur.  Ümid edirəm bu istiqamətdə imkanlar daha da artırılacaq. Yeri gəlmişkən, ötən satışda uğur qazanan təxminən 40-50 nəfər mənzillərdən imtina etmişdir. Bir neçə gün öncə qanunvericiliyə edilən dəyişikliyə görə indi mənzil seçənlərdən kimsə imtina edərsə sistemdə ondan sonra seçim etmiş iddiaçı uğur qazanmış hesab olunacaq. Hələlik prosesi izləyən beynəlxalq qurum Ernst&Young açıqlama yaymayıb. Təəssüf ki, MİDA bu dəfə də prosesin canlı yayımını təşkil etməyib.  İstənilən halda, MİDA-nı və əlaqəli qurumları nəhayət ki sistemin təkmil fəaliyyəti, onlayn satışın uğurla başa çatması münasibətilə təbrik etmək olar."


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə