Ekspert : Güzəştli mənzil seçimində bu şəxslərin şansı sıfıra bərabərdir

25-01-2019 / 10:16

““Güzəştli mənzil” seçimində əsas prinsip kimin ilk olaraq sistemə daxil olu, zəruri addımları atıb mənzili seçə bilməsindədir”.

Xeberler.az  məlumat verir ki, bu sözləri  Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

O bildirib ki, burada texniki imkanları yetərli olmayanların şansı sıfıra bərabərdir:

“Belə ki, mövcud qaydalara və onlayn satışın xüsusiyyətlərinə görə, bir neçə dəqiqədə cəmi 174 iddiaçı uğur qazana biləcək. Hansı ki, qeydiyyatdan keçən iddiaçılar minlərlədir.

Biz bu prosesin təkmilləşdirilməsi ilə bağlı bir xeyli təkliflər vermişik. Onların içərisində təbii ki, onlayn satışdan əlavə olaraq da imkanların yaradılması nəzərdə tutulub. MİDA təkliflərin çox hissəsinin həyata keçirildiyini, “Güzəştli mənzil” sisteminin xeyli təkmilləşdirdiyini bildirib, həmçinin sınaq rejimdə satışlar da təşkil olunub”.

Ekspert əlavə edib ki, onlayn satış prosesinin gedişatını böyük ekranlara çıxarmaqla canlı yayım təşkil etmək də faydalı ola bilər:

“Ümid edirəm ki, bu dəfə onlayn satışda problem olmayacaq və MİDA onlayn satışın şəffaf və ədalətli formada keçirilməsi üçün digər dövlət qurumları ilə birlikdə bütün imkanlardan istifadə edəcəkdir. Bir neçə gün öncə qanunvericilikdə onlayn satışın təkmilləşdirilməsi ilə bağlı faydalı dəyişikliklər edilib. Həmin müddəalar cari ilin may ayından sonrakı proseslərə şamil olunacaq”.

Xatırladaq ki, bu gün saat 11:00-da MİDA sosial mənzillərin növbəti onlayn satışına start verəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.