Ekspert : İflas olan İT layihələrin sorğu-sualı olmalı deyilmi ?

04-04-2019 / 15:24

"Bəzi Nazirliklərdə və digər mərkəzi icra orqanlarında yeni ənənə formalaşmaqdadır. Qurumun rəhbəri dəyişiləndən bir müddət sonra bütün İT həllər, informasiya sistemləri tamamilə və ya qismən yenidən hazırlanır. Və yendiən eyni məqsədlə dövlət büdcəsindən vəsaitlər ayrılır. Əlbətə, yeni təyin olunan Nazirlər çalışırlar ki, nəsə etsinlər, yeni işlər ortaya qoysunlar, etimadı doğrultsunlar. Amma məlum olur ki, təhvil aldığı qurumda milyonlarla vəsait ayrılan İT həllər, İT layihələr, texniki-texnoloji infrastruktur yerində deyil. Bəzən isə məqsədyönlü olaraq belə təşəbbüslər müşahidə olunur. Yeni təyin olunanlar köhnəni “baltalamamaq” üçün hər şeyi sıfırdan başlayırlar. Bu nə dərəcədə doğrudur ? Bəs kim köhnələrdən hesabat tələb etməlidir ? Axı milyonlarla dövlət vəsaiti xərclənən, lakin iflas olan İT layihələrin də bir sorğu –sualı olmalı deyilmi ?"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. Ekspert qurumlarda artıq informasiya sistemlərinin vəziyyətində normal təhvil-təslim prosesini həyata keçirərək  şəffaflığın təmin olunmalı olduğunu qeyd edib:

"Məsələn, Azərenerji SCADA-nı yenidən quracağını bildirilib. BNA belə görünür ki, NİİM-i yenidən quracaq. NİİM-lə bağlı vəziyyət ümumiyyətlə bərbaddır. 130 milyon manatlıq layihədən əsər-əlamət yoxdur. Düşünürəm ki, bunun bir auditi olmalıdır, məsuliyyət daşıyanlar açıqlanmalıdır, rəsmi açıqlamalar verilməlidir ki, ortada nə qalıb və gözləntilər nədir. Kənd Təsərrüfatı Nazirliyində indiyədək bir neçə informasiya sistemləri hazırlanıb, lakin heç birisi də vahid platforma əsasında olmayıb, bazalar inteqrasiya olunmayıb və s. İndi Kənd Təsərrüfatı Nazirliyi də Elektron Kənd Təsərrüfatını yenidən qurur. Təhsil Naziriyində, İqtisadiyyat Nazirliyində, NRYTN-də oxşar situasiyalar var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildiyim qədər artır 3 –cü dəfədir ki İT təsərrüfatda hər şeyi yenidən qurmaq xətti tutublar.

Bəs köhnələr hara getdi ? Kimlər buna məsuliyyət daşıyır ? Bu işləri görən bəzi yerli İT şirkətlər də rahatca digər dövlət sifarişlərini udur və beləcə də proseslər təkrar olunur. Düşünürəm ki, bu xoşagələn hal deyil, bu tip yanaşmalara son qoyulmalıdır. Normal təhvil-təslim, audit prosesi getməlidir, şəffaflıq təmin olunmalıdır, məsuliyyət müəyyən olunmalıdır. Aidiyyatı qurumlar bunun sorğu-sualını etməldirlər."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.