Ekspert : "Məqsəd göydəki deyil, yerdəki problemləri həll etməkdir"

18-10-2018 / 10:49

“Əgər, “Azərkosmos” kimi qurum da ciddi olaraq, işini-gücünü buraxıb startap ekosistemlə, müsabiqələrlə məşğul olacaqsa, daha mənim sözüm yoxdur”.

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O, bildirib ki, “Azərkosmos” kimi qurumun, qarşısında ciddi fundamental məsələlər durmalıdır: 

“Ciddi maliyyə riskləri olan bir qurumun ana səhifəsini açanda müsabiqələr və startap yarışları çıxır. Bu nə tendensiyadır, kim göstəriş verib ki, bütün dövlət qurumları startap - innovasiya görüntüsü yaratsınlar. “Azərkosmos” büdcə vəsaitləri də daxil olmaqla, 3 peykin xərcini - 600 milyon dolları, təxminən 1 milyard manatı kosmosa qaldırıb. Məqsəd də göydəki deyil, yerdəki problemləri həll etmək, ilk öncə xərcləri çıxarmaq və gəlir götürməkdir.1 milyard manatı göyə qaldıran qurumun indiki anda atdığı addımlar həqiqətən anlaşılmazdır. Bəlkə burda hansısa başqa məqsədlər güdülür? Çox təəssüflənirəm, söz də tapmıram necə dəyərləndirim”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə