Ekspert : Ölkədə innovasiyaların inkişafı üçün yeni mərhələ başlayacaq

07-11-2018 / 10:06

Ölkə prezidentinin  imzaladığı fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiya Agentliyi yaradılıb. Publik hüquqi şəxs statusunda olan Agentlik NRYTN tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında yaradılıb.

Əsas vəzifələri  :

- yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək
- innovasiya yönümlü elmi tədqiqatları dəstəkləmək
- innovativ layihələri (o cümlədən startapları) təşviq ettmək
- innovativ layihələrə qrant, güzəştli kredit vermək və sərmayə yatırmaq
- innovasiya təşəbbüskarlığı təbliğ etmək

Məsələylə bağlı Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sözügedən fərmanın  ölkədə innovasiyaların inkişafı üçün yeni bir mərhələyə başlanğıc olacağını bildirib:

"Prezidentin İnnovasiya Agentliyi yaradılması haqqında Fərmanı düşünürəm ki, dövlət resurslarından daha səmərəli istifadə etmək,dövlət idarəetməsində təkrarçılığı aradan qaldırmaq, innovasiyalar sahəsində kordinasiyanı tənzimləmək və ümumiyyətlə ölkədə innovasiyaların inkişafına təkan vermək baxımından doğru yanaşmadır və mühüm əhəmiyyət kəsb edir. Fikrimcə Agentliyin Publik hüquqi şəxs statusunda olması, əsas səlahiyyətlərin də birbaşa Prezidentə həvalə edilməsi qurumun daha çevik və effektiv formada fəaliyyətinə kömək edəcək.  Gözləmək olar ki, ölkədə innovasiyaların inkişafı üçün yeni bir mərhələ başlayacaq"


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.