Ekspert : "Rabitə tarixində bu qədər vəsait xərclənməyib"

12-11-2018 / 17:38

"Əvvəllər bir neçə dəfə məlumat vermişdik ki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyində əvvəlki rəhbərlikdən fərqli olaraq sərt maliyyə siyasəti aparılır. Yəni, əgər ən uzaq bir rayonun uzaq bir kəndindəki Azərpoçt qurumunda 1 manatlıq nəsə xərc yaranırsa onun ödənişi üçün də mərkəzə məktub yazılmalıdır. Amma son günlərdə əldə etdiyimiz məlumatlar göstərir ki bu cür sərt yanaşma sektordakı bütün sahələrə şamil olunmur. Bir neçə gün öncə məlumat yayıldı ki, dövlət poçt operatoru “Azərpoçt” “BakuTel -2018”-də iştirak etmək üçün Baku Ekspo Mərkəzində xüsusi dizayna malik stendin hazırlanmasına 400 000 manat ayırıb."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. Ekspert eyni zamanda rabitə tarixində hər hansı bir tədbirə yaxud hansısa iştiraka bu qədər vəsait xərclənmədiyini qeyd edib :

"Görəsən bu kimin təşəbbsü olub ? Azərpoçt kimi konservativ bir qurum üçün, dünyaya bəyan ediləcək hər hansı bir dərhşətli innovativ bir xidmət, yenilik yoxdursa onda bu qədər xərclə hansısa bir stend qurmağa nə ehtiyac var ?
Xatırlayıram ki NRTYN –nin beynəlxalq İKT sərgilərindəki stendlərinə, Azərbaycanın başqa digər beynəlxalq sərgilərdə iştirakına bundan dəfələrlə az vəsaitlər xərclənib." 

Osman Gündüz son olaraq müvafiq sahədə monitorinqlərin aparılmasına ciddi ehtiyac olduğunu vurğulayıb :

"Eyni zamanda NRYTN-nin digər bir qurumu, Baktelecom-la bağlı da ciddi yoxlamaların aparıldığı bildirilir. Burada da, son bir ildə böyük vəsaitlər ayrılmağına baxmayaraq hələlik ortda bir iş görsənmir. Hələdə dövlətə məxsus olan kabel-kanal sistemindən dövlət və özəl provayderlərin bərabər əsaslarla istifadəsi üçün Qaydalar hazırlanmayıb. Düşünürəm ki Baktelecom tərəfindən geniş zolaqlı internet infrastrukturun yaradılması istiqamətində həyata keçirdiyi layihələrin monitorinqinin aparılmasına ciddi ehtiyac var."

 

Aida İSAQ


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.