Ekspert : Tariflər təbii inhisar subyektlərinin mövqeyini qoruyub saxlamağa xidmət edir

29-11-2018 / 17:35

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Telekommunikasiya sahəsində tətbiq olunan tariflər”lərlə bağlı müzakirələrə başlayıb. Dəstək verən də Avropa Komissiyasıdır. Qəribəsi odur ki, Nazirlik “Ölkəmizdə telekommunikasiya sahəsində tətbiq edilən tariflər üzrə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, eləcə də mövcud tariflərin liberallaşdırılması” istiqamətində təqdim etdiyi layihənin Avropa İttifaqı tərəfindən qəbul edildiyini bildirib. Heç kimə sirr deyil ki, bu sektorda ən absurd tariflər bizdədir. Uzun illərdir ki bu sahədə liberallaşma aparılmayıb. Mövcud tariflər təbii inhisar subyektlərinin hökmran mövqeyini qoruyub saxlamağa xidmət edir. Xüsusilə də fiber-optik internetin çəkilməsi ilə bağlı, ATS-lərin xidmətlərindən istifadə ilə bağlı , dövlətə məxsus tezlik resurslarından istifadə ilə bağlı , şəhər telefonundan mobilə edilən zənglərlə bağlı izahı mümkün olmayan tariflər mövcuddur."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. 

Ekspert eyni zamanda Avropa İttifaqının yerli nümayəndəliyinin son dövrlər daha çox qapalı fəaliyyətə üstünlük verdiyini də vurğulayıb:

"Yeni təkliflərin hazırlandığı elan edilib. Təklifləri də elə təbii inhisarçıların özləri hazırlayıblar. Təkliflər nədən ibarətdir ? Tariflər necə olacaq. Yenə də 100 m. fiber-optik çəkdirmək istəyən, ATS-də adi bir şkaf yerləşdirmək istəyən astronomik məbləğ ödəyəcəkmi ? Heç kimin bu haqda məlumatı yoxdur . Bəs Avropa İttifaqı nə üçün bu tip ictimai əhəmiyyət kəsb edən məsələləri qapalı edir ? Ümumiyyətlə müşahidələr göstərir ki, Avropa İttifaqının yerli nümayəndəliyi son dövrlərdə daha çox qapalı fəaliyyətə üsütünlük verir. Dar çərçivədə müzakirələr təşkil edir. Maraqlı tərəflərin iştirakına diqqət yetirmir. Düzü , bilmirəm burada məqsəd nədən ibarətdir? Düşünürəm ki maraqlı tərəflərin iştirakını təmin etməklə daha uğurlu və faydalı təkliflər hazırlamaq olardı."

 

Aida İSAQ


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə