Ekspert : Ümid edirəm mənzillərin növbəti onlayn satışı bu dəfə problemsiz ötüşəcək

21-01-2019 / 17:23

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi istifadəçilərin mənzil seçimində rahatlığını təmin etmək məqsədi ilə “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 12 yanvar 2019-cu il tarixində sistemin sınaq mühitində mənzil seçimini təşkil etmişdir. Satış modulunun sınaq versiyası 15 yanvar 2019-cu il tarixindən 24 yanvar 2019-cu il tarixinədək aktivləşdirilmişdi.

Xeberler.az  bildirir ki, 25 yanvar 2019-cu il tarixində  mənzillərin növbəti onlayn satışına start veriləcək. Məsələylə bağlı açıqlama verən “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz prosesin bu dəfə problemsiz ötüşəcəyinə ümid etdiyini vurğulayıb :

"Onlayn satışa hazırlıq məqsədilə MİDA eGov Portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə sınaq mühitində mənzil seçimini təşkil etmiş və satış modulunun sınaq versiyasını hazırlamışdır.  Sınaq modulu 24 yanvar tarixədək aktiv olacaq. Qurum “Güzəştli mənzil” sistemini xeyli təkmilləşdirdiyini də bildirib. Ümid edirəm bu dəfə problemsiz ötüşəcək . Yeri gəlmişkən, iddiaçılar elə indidən normal interneti olan məkan tapsa, onlayn mühitdə işləmək bacarıqları olan müəxəssislər tapsa və sınaq versiyalardan effektiv yararlansalar, düşünürəm ki, şansları daha üstün ola bilər."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.