Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

22-10-2018 / 12:39

"Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın tətbiqi üçün ötən il büdcədən təxminən 200 000 manat vəsait ayrılmışdı.  600 000 şəxsiyyət vəsiqəsi üçün sertifikatlar artıq hazır idi. Nəliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün proseduraların başa çatdığını bildirirdi. Mən bildiyim qədər İqtisadiyyat Nazirliyində bəlkə 40 dəfə bununla bağlı əlaqədar qurumların toplantısı keçirilmişdi. Bu qədər əziyyətlərin, bu qədər vəsaitlərin, bu qədər görülən işlərin və toplantıların qarşılığında nəticə hələlik sıfırdı.Yeni nəsil şəxsiyyət vəsiqəsi ortada yoxdur. Hazırda verilənlər isə elə “köhnə nəsil” –dir. Yeniliyə yeganə aidiyyatı olan e- imzalar aktivləşdirilmir. Elə yeni verilən “köhnə nəsil” vəsiqələrdən istifadə də problemlər var. Hətta Prezidentə də təqdim edilib. Görəsən heç olmasa Prezidentə təqdim etdiklərində e-imzanı aktivləşdiriblərmi ?"

Bu sözləri Xeberler.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Ekspert eyni zamanda mövcud situasiya ilə bağlı  bəzi sualların hələ də cavabsız qaldığını vurğulayıb:

"Dəqiq aydınlaşdıra bilməmişik ki, burada hansı maraqlar var ?",  "Görəsən kimlər imkan vermir ki, Prezident Fərmanı ilə reallaşan, yetərincə siyasi dəstək verilən, yetərincə maliyyə ayrılan, NRYTN-nin uzun müddət bundan öncə hazır olduğu bildirilən e-imza sertifikatı bütün şəxsiyyət vəsiqələrinə yazılsın ?"

Osman Gündüz son olaraq səlahiyyətli qurumların bu məsələyə bir aydınlıq gətirəcəklərinə ümid etdiyini qeyd edib:

"Yalnız gümanlar, şübhələr var ki, burada əsas məsələ hər ay heç nədən 0.5 milyon manat qazanan ASAN imza ilə bağlı ola bilər.Ümid edirəm səlahiyyətli qurumlar bu məsələyə bir aydınlıq gətirəcəklər. Yeri gəlmişkən, ümumiyyətlə son zamanlarda müşahidələr onu göstərir ki bəzi qurumlar və səlahiyyətlilər tərəfindən ölkə başçısına yanlış məlumatlar vermək cəhdləri artıb."

Aida İSAQ


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.