Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018 / 15:34

"Hazırda Azərbaycan İnternet bazarında dövlət sektorunun xüsusi çəkisi getdikcə güclənir. Bir il öncə dövlət provayderlərinin bazar payı təxminən 50% olardı. Son bir ildə Baktelecom və AzTelekom dövlət povayderləri kabel-kanal sistemindəki hökmran mövqelərindən istifadə edərək bazardakı paylarını xeyli artırıblar.  Eyni zamanda Azercell də dövlət şirkətinə çevriləndən sonra artıq internet bazarında dövlətin xüsusi çəkisi təxminən 65 % -ə qalxıb. Bu, kifayət qədər ciddi rəqəmdir.  Monitorinqlərin də nəticəsi göstərir ki adam başına düşən internet sürətinə görə, genişzolaqlı internet istifadəçilərin sayına görə və internetin qiymətinə görə Azərbaycan qonşu ölkələrdən xeyli geridiə qalır."

Bu sözləri  Azərbaycan İnternet bazarındakı vəziyyətlə bağlı Xeberler.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

Eyni zamanda ekspert Azərbaycan internet sektorunda qiymət endirimlərinin həmişə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müdaxiləsindən sonra həyata keçirildiyini qeyd edib :

"Yəni gərək Nazirlik özünün dövlət provayderlərinə göstəriş versin ki qiymətləri endirsinlər. Məntiqi olaraq, məhz bundan sonra özəl provaydrelər qiymətləri endirirlər.  Özəl provaydrelərin dövlət resurslarından, kabel-kanal sistemindən sərbəst və bərabər əsaslarla istifadəsində problemlər hələ də qalmaqdadır."

Osman Gündüz son olaraq mövcud durumla bağlı araşdırmalar aparılmasının vacib olduğunu vurğulayıb:

"Fikrimcə artıq antimonopol qurum internet bazarında yaranmış situasiya ilə bağlı ciddi araşdırma aparmalıdır.  Strateji Yol Xəritəsində bununla bağlı ciddi müddəalar qeyd olunub. Təəssüf ki iqtisadi islahatlara dəstək verməli olan qurumularımız da son dövrlərdə bəsit və cari xarakterli işlərlə daha çox meyl edirlər. Ümid edrəm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Strateji Yol Xəritəsinin reallaşmasına və monitorinqinə cavabdeh qurumlar bunların fərqində olacaqlar."

Aida İSAQ


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.