Ekspert Azərişıqda yaranan billinq problemindən danışdı

15-10-2018 / 17:50

”Billinq problemi” (əhaliyə “işıq pulu” ilə bağlı gələn bildirişlərdə şərfiyyatın real sərfiyyatdan bir neçə dəfə çox yazılmasından yaranan ciddi şübhələrlə bağlı problem ) çox ciddi bir məsələ idi. Həm təhlükəsizlik baxımından, həm korrupsiya baxımından və həm də dövlət qurumlarına nəzarət və hesabatlılıq baxımından hökumətdən, səlahiyyətli qurumlardan açıqlamalar gözlənilirdi. Təhlükəsizlik tərəfi ondan ibarətdir ki, pulu hesablamalı olan avadanlıqalr – sayğaclar xarici ölkənindir, hesablama alqoritmlərini də yalnız özləri dəyişə bilərlər, şəbəkədəki tezliyi dəyişməli olan sistem və avadanlıqalr da xaricidir. Belə olan halda, şübhələnmək üçün əsaslar olan həmin kənar müdaxilədə görəsən bu avadanlıqların və sistemlərin sahibi olan xarici şirkətlər də iştirak edibmi ?"

Bu sözləri Xeberler.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Ekspert eyni zamanda özünün texnoloji həlləri və avadanlıqları olmayan dövlətlər üçün xarici texnologiyaların strateji sahələrdə istifadə məsələsində həmişə böyük risklərin olduğunu da vurğulayıb.

"Şəffaflıq və hesabatlılıq tərəfi ondan ibarətdir ki, gələcəkdə belə halların baş verməməsinə təminat varmı ?  Hökumət hansı addımları atmalıdır ki bu tip ictimai əhəmiyyətli sistemlər üzərində dövlət və ictimai nəzarət güclü olsun ? Həm də maraqlıdır ki Azərişıq billinq sistemini özü hazırladığını bildirir. Heç bir dövlət qurumu, nə XDMX, nə də eGov-a cavabdeh qurum, heç bir müstəqil və ya xarici qurum da bu billinq sistemini heç vaxt audit edib bir açıqlama verməyiblər.  Düşünürəm ki, bu cür vəziyyətin gələcəkdə belə qalması doğru olmazdı."

Aida İSAQ


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.