Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

12-04-2019 / 10:36

Prezident İlham Əliyevin təsdiq etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişikliklərə əsasən, Azərbaycanda daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Bununla da kağız çıxarış dövrünə son qoyulur.

Xeberler.az  məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz sözü gedən məsələ ilə bağlı açıqlama verib:

"Xatırlayıram ki, iki il öncə, 2017-ci ilin əvvəli daşınmaz əmlakla bağlı elektron çıxarışların verilməsi Prezident fərmanı ilə təsdiqlənmişdi. Lakin ötən iki il müddətində elektron çıxarışla bərabər kağız formada çıxarış da qüvvədə qalırdı. İki gün öncə Prezident İlham Əliyevin imzaladığı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Fərmana əsasən, daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Cəmi 2 il lazım oldu ki, kağızdan imtina olunsun. Bəzən, doğurdan da rəqəmsallaşma üçün daha sərt addımlar tələb olunur"

Ekspert mövcud prosesin ölkəmizin beynəlxalq hesabatlarda reytinq göstəricilərinin artmasına da səbəb olacağını qeyd edib :

"ƏMDK-nin son dövrlərdə rəqəmsallaşma istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Dəyişikliklərə əsasən, aprelin 18-dən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar yalnız elektron qaydada hazırlanacaq. Elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdiriləcək və real vaxt rejimində əldə etməsi imkanı yaradılacaq. Daha sonra həmin çıxarış vətəndaşın "Elektron hökumət” portalındakı şəxsi kabinetinə myGov-a yerləşdiriləcək. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq hesaba transfer olunacaq. Çıxarışın elektron variantı bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə olunacaq. Düşünürəm ki , atılan addım elektron hökumət qurucuğu sahəsində irəliyə doğru daha bir ciddi addımdır. Bununla da vətəndaş-məmur münasibətləri aradan qaldırılır, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallıq təmin olunur, notariat əməliyyatları sadələşir və s. Düşünürəm ki, bununla daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkəmizin Doing Business və digər bu kimi beynəlxalq hesabatlarda reytinq göstəricilərinin də artmasına səbəb olacaq"


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə