Ekspert Dəmir Yolu nəqliyyatındakı problemlərdən danışdı

27-03-2019 / 14:54

"Bir məhkəmə işi ilə bağlı yazı qarşıma çıxdı. Dəmir Yolu nəqliyyatı mənim üçün də prioritet olduğundan bir az diqqət yetirdim. Məhkəmə işi cəmi bir neçə il öncə Azərbaycan Dəmir Yollarında çalışan birisi ilə bağlıdır. Həmin dövrdə Dəmir Yollarının rəisi olan Arif Əsgərovun qohumudur. Arif Əsəgrov 2015-ci ildə vəzifəsindən azad olunub. Baxıram ki, burada da 7 və ya 8 rəqəmli məbləğlər ətrafında büdcə vəsaitlərinin mənimsənilməsindən söhbət gedir."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. Ekspert eyni zamanda dəmir yol xətlərinin artıq istifadə üçün yararsız hala düşdüyünü də qeyd edib :

"Bakı – Balakən qatarında orta sürət 35 km/saat- dır. Uzun illərdir ki, bu, belədir. Heç bir investisiya bura yatırılmayıb. Stansiyalar bərbad, şəraiti , servisi və işıqlandırılması pis gündə, vaqonlar və infrastruktur sovetdən qalma, isti çaydan başqa heç bir servis yoxdur. Dəmir yol xətləri tam bərbaddır və qatar yırğalana-yırğalana gedir.  Elə vaxtlar olub ki Şəkidə düşüb maşına minmişəm ki, tez çatım.  Dünyada orta sürət göstəricisi 100 ətrafındadır."

Osman Gündüz sonda sözü gedən məsələnin tezliklə öz həllini tapacağına ümid etdiyini də vurğulayıb :

"Bir neçə gün öncə Vyanada “Beynəlxalq Dəmir Yolu Konqresi 2019” keçirilib. Mövzu da əsasən rəqəmsal dəmir yolları və ağıllı dəmir yol infrastrukturu haqqında olub. ADY rəhbəri Cavid Qurbanov da iştirak edib. Ümid edirəm Cavid müəllim Konqresdəki müzakirələrdən sonra, rəqəmsal olmasa da, heç olmasa yolları qaydaya salıb sürəti orta həddə çatdıra biləcək."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.