Ekspert eGov sahəsindəki problemlərdən danışdı

08-10-2018 / 18:09

Prezidentin cari ilin mart ayında imzaladığı “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid”lə bağlı tədbirlər haqqında Fərmanında eGov sahəsində kordinasiya səlahiyyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinə verilib və bu məqsədlə Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb.

Mövzuyla bağlı Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunu prezidenti Osman Gündüz hazırki durumda eGov sahəsində kordinasiya işlərinin görülməsinə ciddi ehtiyac olduğunu bildirib. 

"Məhz kordinasiyanın hələlik yetərli olmaması səbəbindən bir sıra dövlət xidmətlərinin elektronlaşmasında, dövlətə məxsus informasiya sistemlərinin yaradılması və fəaliyyətində və elektron xidmətlərin keyfiyyətində tez-tez problemlər yaşanır. Bu sahədə hələ də bir pərakəndəlik və təkrarçılıqlar hiss olunur. Faydalı xidmətlərin elekron formaya keçirilməsində ləngimələr var. Fikrimcə elektron hökumət quruculuğu sahəsində kordinasiyanı effektiv olaraq gerçəkləşdirmək üçün bütün Mərkəzi icra orqanlarının nümayəndələrinin təmsilçiliyi ilə Kordinasiya Qurumunun yaradılmasına ehtiyac var. Qurumun işlək olması üçün təmsilçiliyin ən azı rəhbərlik səviyyəsində olması da vacibdir. Bir xeyli öncə oxşar bir qurum keçmiş Rabitə Nazirliyinin  nəzdində yaradılmışdı. Lakin qeyri-şəffaf və faydasız fəaliyyəti ucbatından ciddi bir iş görmədiyindən sonradan ləğv edilmişdi."

Aida İSAQ


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.