Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019 / 13:49

"Elektron Məhkəmə sisteminin vətəndaş cəmiyyəti üçün təqdimatı olub. Müzakirələr aparılıb və faydalı təkliflər verilib. 6 ildir ki, Elektron Məhkəmə qurulur.  Dünya Bankı bu layihəyə dəstək verir. Təxminən 200 miln $ vəsait ayrılıb. Gələn il DB-nin layihəsi başa çatmalıdır. Amma görüləcək işlər çoxdur. Ötən müddət ərzində bir xeyli işlər görülüb. Gözlənilir ki, cari ildən hökumət də bu prosesi sürətləndirmək üçün büdcədən maliyyə ayıracaq.  Elektron Məhkəmə quruculuğunu sürətləndirmək üçün bu ayın əvvəli Prezident tərəfindən də fərman verilib. Sistem həm məhkəmə iştirakçıları üçün və həm də ümumiyyətlə vətəndaşlar üçün informasiya və elektron xidmətlər təqdim edəcək, innovativ imkanlar yaradacaq, qərarların daha sürətli qəbuluna imkan verəcək. Dövlət və ictimai nəzarərt imkanları yaradacaq. Şəxsi kabinet yaratmaq mümkündür"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda bütün dövlət qurumlarının bazalarının bu sistemə inteqrasiya olunmasının vacibliyindən danışdı:

"Hələlik cəmi 68 məhkəmə sistemə inteqrasiya olunduğundan və dövlət qurumlarının da xeyli hissəsinin məlumat bazaları bu sistemə inteqrasiya olunmadığından Elektron Məhkəmənin tam faydasını əldə etmək olmur. Vacibdir ki, digər dövlət qurumlarının çoxsaylı bazaları bu sistemə inteqrasiya olunsun ki elektron məhkəmələr tam gücü ilə işləyə bilsin. Yəni, əgər hakim məhkəmənin gedişində hansısa əmlakın kiməsə məxsus olmasını real vaxtda Elektron Məhkəmə sistemində görə bilmirsə onda o məcburdur ki, məhkəməni saxlasın və hansısa quruma məktub yazıb bir ay da cavab gözləsin Bu isə artıq Elektron Məhkəmə deyil"

Osman Gündüz bu istiqamətdə müvafiq qurumların ciddi tədbirlər görməli olduğunu vurğulayıb:

"Eyni zamanda müvafiq qanunvericiliyin də sürətli dəyişikliyinə ehtiyac var. Müşahidələr göstərir ki bir çox hallarda ölkədə rəqəmsallaşma prosesi hüquqi islahatları üstələyir. Bu, məhkəmə -hüquq sistemində də qalır. Düşünürəm ki, Ədliyyə Nazilriyi və eGov Mərkəzi gərək bu istiqamətdə ciddi tədbirlər görsünlər. Vətəndaşlar üçün nəzərdə tutulan informasiyalarda da hələlik "kasıbçılıq" hiss olunur. Fikrimcə, bu sistemdəki açıqlanması mümkün olan bütün informasiyaların da əlçatan olması, infoqrafika formasında media və cəmiyyət üçün də əlçatan olması ictimai nəzarərt imkanlarını xeyli gücləndirə bilərdi."


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə