Ekspert elektron ticarət üçün cəlbedici mühitin vacibliyini bildirdi

04-09-2018 / 16:57

İnternetdən alış-veriş etməklə vaxtımıza qənaət etmiş oluruq. Ölkəmizdə internet üzərindən satış edən bir çox mağazalar olsa da, insanlar bu mağazalara az müraciət edirlər. Onlar sifariş verdikləri məhsulun keyfiyyətinin aşağı olmasından və aldadılmaqdan qorxurlar. Avropa ölkələrində insanların bir çoxu ev və maşınlarını da internet üzərindən alır. Bəs bizim insanlar nəyə görə internet satışa üstünlük vermir.

Xeberler.az  dia.az-a istinadən xəbər verir ki, internet üzərindən gül buketlərinin satışı ilə məşğul olan Buketal.az-ın rəhbəri Şəbnəm Hüseynova bildirdi ki, onlar həm də xarici ölkələrdən sifarişlər alırlar: “Bizə tək Azərbaycan deyil, xarici ölkələrdən də sifarişlər gəlir. Xaricdə yaşayan azərbaycanlılar ailələri və ya qohumları üçün güllər göndərməyimizi istəyir. Artıq iki ildir fəaliyyətdəyik, heç vaxt böyük problemlərlə üzləşməmişik. Bəzən müştərilər hansısa gülü sifariş edirlər, aparıb çatdıranda isə başqa gül istədiklərini bildirirlər. Yəni elə də böyük problemlər olmur. Müştərilər ən çox güllərin şəkillərini görmək istəyirlər, çəkib göndəririk baxırlar, əlavələr etmək istədikləri zaman da deyirlər edirik. Bizim əsas filialımız Bakıda yerləşir amma Gəncədə də filialımız var. Bakı içi və Gəncənin mərkəzinə güllər tam ödənişsiz çatdırılır, ətraf ərazilərə isə ödənişli”.

Aldim.az şirkətinin satış üzrə meneceri Şamil Məmmədov bildirdi ki, məhsullara təlabat çoxdur: “Şirkətimizə təlabat çoxdur. Çünki bizim saytda müştərilərə bol çeşid, münasib qiymət, pulsuz çatdırılma, rahat qaytarma imkanı, faizsiz kreditlə sifariş imkanı təklif olunur. Bunlara əsasən bizim online alış-veriş sistemimiz risksiz, rahat və sərfəlidir. Bizə ən bölgələrə çatdırılma barədə suallar verilir. Və müsbət cavabımız müştəriləri təəcübləndirir. Təbii ki, bəzi hallarda geyimlərinin ölçülərinin kiçik və ya böyük olması kimi problemlərlə rastlaşırıq, amma bunun həlli kimi biz müştərilərə bir neçə ölçünün çatdırılmasını pulsuz təklif edirik. Mallarım qaytarılması və ya dəyişdirilməsi də mümkündür və pulsuzdur. Bizim bütün məhsullar təchizatçılar tərəfindən sayta yerləşdirilir, və bir çox ölkələrdən və yerli istehsalçılardan alınır. Məhsullar Bakı şəhəri üzrə 1-2 iş günü ərzində, bölgələrə isə 2-3 iş günü ərzində pulsuz çatdırılır”.

Məsələ ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ilə danışdıq.

“Azərbaycanda elektron ticarətin səviyyəsi digər ölkələrə nisbətdə çox aşağıdır. Qonşu ölkələr olan Qazaxıstan və ya Rusiyaya baxsaq görərik ki, həmin ölkələrdə elektron ticarətin dövriyyəsi 1 milyard dollara çatırsa, Azərbaycanda bu məbləğ 40-50 milyon manatdır. Bunun isə bir neçə səbəbi var. Birinci səbəb kimi mühiti deyə bilərəm. Qazaxıstanda elektron ticarətlə məşğul olan şəxslər ilk 3 il müddətində vergiyə cəlb olunmur. Həmin şəxslər qeydiyyatdan keçir və satışa başlıyır. Artıq 3 ildən sonra həmin adamlar vergiyə cəlb olunur. Elektron ticarət üçün cəlbedici mühit olmalıdır ki, sahibkar öz mağazasından çıxıb, internetdə mağaza açıb alış-verişə başlamalıdır. Azərbaycanda da elektron ticarətlə məşğul olmaq istəyən adamlar üçün belə şəraitlər yaradılsa təlabat artar”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.