Ekspert İnnovasiyalar Agentliyindən danışdı

19-04-2019 / 11:45

"Ötən ilin noyabr ayında Prezident Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən Agentlik İT-nin İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı”nın əsasında formalaşdırılıb. Cari ilin fevralında isə Prezident İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Agentliyin Nizamnaməsi və Strukturu təsdiq olunub. Hazırda startap ekosistemdə hamı gözləyir ki görəsən Agentliyin rəhbəri kim olacaq.  Əsasnaməyə görə Agentliyin icra orqanının formalaşdırılması səlahiyyəti Prezidentə məxsusdur.  Düşünürəm ki, bu maddə bu qurumun işlək olması üçün bəlkə də ən vacib məqamlardan biridir. Hələlik təyinat yoxdur.  İddiaçılar da hiss olunur ki, çoxalıb." 

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda milli startap ekosistemdə təcrübəsi olan, müstəqil startapçılar camiəsinə bələd olan şəxsin Agentliyin rəhbərliyinə gətirilməsinin vacib olduğunu qeyd edib:

"Təəssüf ki, YTP-dən gözləntilər özünü doğrultmadı və obyektiv-subyektiv səbəblərdən qarşıya qoyulan vəzifələri reallaşdıra bilmədi. MDB məkanındakı digər oxşar qurumlarının dövriyyələrinə baxanda fərqi görmək mümkündür. Bu baxımdan düşünürəm ki, Agentliyin qarşısında həllini gözləyən xeyli məsələlər yığılıb qalıb. Hazirda diqqət etdikdə görmək olar ki NRYTN ekosistemdə nələrsə etmək istəsə də , görüntüdən o tərəfə keçə bilmir. Nazirliyin aidiyyatı strukturları isə yenə öz “ampulasındadır”.  Yenə də bəsit tədbirlər davam etdirilir. İndiki zamanda daha çox vacib olan innovasiya mühitini və startaplara yeni dəstək mexanizmlərini formalaşdırmaq, innovasiya fəaliyyətini tənzimlənmək əvəzinə dövlət resursları cari xarakterlıi tədbirlərin keçirilməsinə yönəldilir. Maraqlı tərəflər isə prosesdən tam kənarlaşdırılıb. Bu baxımdan düşünürəm ki, Agentliyin icra orqanlarının formalaşdırılmasını sürətləndrimək faydalı olardı. Fikrimcə milli startap ekosistemdə təcrübəsi olan, beynəlxalq təcrübədən xəbərdar olan, startapını oturuşmuş şirkətə çevirməyi bacaran, yerli və beynəlxalq qanunvericilikdən xəbərdar olan, ölkənin müstəqil startapçılar camiəsinə bələd olan, bütün maraqlı tərəflərlə işbirliyi qurmağa qadir olan şəxsin Agentliyin rəhbərliyinə gətirilməsi indiki zamanda çox faydalı olardı."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.