Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

11-03-2019 / 11:42

"Bir il bundan öncə Prezident “İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının yaradılması” haqqında Sərəncam imzlayıb. Kordinasiya işləri də Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə tapşırılıb. Komissiya “İnformasiya təhlükəsziliyi üzrə Milli Strategiya (2019 -2024)” layihəsini hazırlamalıydı. Hələlik bir xəbər yoxdur və hər hansı açıqlama da verilməyib. Eyni zamanda, qəribədir ki, NRYTN tərəfindən Kibertəhlükəsizlik strategiyasının artıq hazırlandığı haqqında məlumatlar verilir. Rəsmi sənəd isə ortada yoxdur, təsdiqlənməyib. Heç bir ictimai müzakirə də aparılmayıb. Ümid edirəm NK bu Strategiyanı Milli domenlərin qeydiyyatı qaydalarına oxşar bərbad bir sənəd səviyyəsinə endirməyəcək."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda sözü gedən proseslə bağlı səmərəli yanaşmanın hiss olunmadığını da vurğulayıb:

"Digər tərəfdən, Kibertəhlükəszilik məsələsi ümumi İnformasiya təhlükəsziliyinin tərkib hissəsidir.  Qəribədir ki, ümumi prinsipləri özündə əks etdirməli olan İnformasiya təhlükəsizliyi üzrə Strategiyanın heç layihəsi ortada olmadığı bir şəraitdə Kibertəhlükəsizlik strategiyası necə hazırlana bilərdi ? Fikrimcə, Prezident məhz bu sektorda olan anlaşılmazlıqların aradan qaldırılması, informasiya təhlükəsizliyi sahəsində kordinasiya işlərinin daha effektiv qurulması məqsədilə yuxarıda adı çəkilən Sərəncamı imzalamışdı. Amma göründüyü kimi hələlik ortada effektiv, səmərəli bir yanaşma hiss olunmur."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.