Ekspert məktəbə qəbul üçün olan elektron sistemdən danışdı

09-03-2019 / 12:19

"Təhsil Nazirliyi maraqlı və faydalı bir məlumat yaydı. İndiyədək mövcud olan 1-ci sinfə elektron qəbul sistemi təkmilləşdirilib və “gözləmə siyahısı” da yaradılıb. Yəni, əgər qeydiyyatda olan kimsə uşağını başqa məktəbə aparmaq istəsə onun yerinə siyahıdakı növbəti uşaq həmin məktəbin 1-ci sinifinə qəbul olunacaq. Uzun müddətdir ki, biz uşaq bağçalarına qəbulun elektron formaya keçirilməsi üçün təkliflər veririk. Xatırlayıram ki, bir il öncə, ötən ilin əvvəli Korrupsiyaya qarşı Mübarizə İdarəsində yeni Milli Anti-Korrupsiya Strategiyasının layihəsi müzakirə olunanda mən bu təklifi də təqdim etmişdim. O zaman Bakı Şəhər İcra Hakimiyyətinin, TN –nin və digər dövlət qurumlarının iştirakı ilə bu məsələ bir xeyli müzakirə olundu. Gözlənilirdi ki, ciddi korrupsiya riskləri yaradan bu problem öz həllini tapacaq."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda BŞİH ilə digər mərkəzi icra qurumları arasında ciddi rəqəmsal bərabərsizlik olduğunu vurğulayaraq problemin həll olunma variantlarından da danışdı :

"Fikrimcə, TN-nin 1-ci sinfə elektron qəbul sistemi ilə uşaq bağçalarına qəbul prinsipcə eyni mahiyyətlidir. Bildiyim qədər eGov Mərkəzi və TN bu sistemi yenidən təkmilləşdirirlər. Yəni, TN –nin bu elektron sistemini uşaq bağçalarına tətbiq etmək üçün elə bir ciddi resurslar tələb olunmur.  Belə olan halda nə üçün bu elektron sistem uşaq bağçalarına tətbiq olmasın ? Problem ondadır ki hazırda bağçalar BŞİH nəzdindədir. Yerli icra orqanlarında və BŞİH-də elektronlaşma səviyyəsi hədsiz zəifdir. BŞİH ilə digər mərkəzi icra qurumları arasında ciddi rəqəmsal bərabərsizlik var. Odur ki indiki halda problemin həlli üçün iki variant var :

1. BŞİH eGov Mərkəzi və TN ilə birlikdə bağçalara qəbulun və növbəliliyin elektronlaşması prosesinə başlamalıdır.

2. Hökumət bağçaların TN tabeliyinə keçirilməsi üçün əməli addımlar atmalıdır.
Ümid edirəm səlahiyyətli qurumlar nəzərə alacaqlar."

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.