Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

08-02-2019 / 16:21

"Zaman-zaman bu mövzu ətrafında müzakirələr aparılıb. Düşünürəm ki, indiki məqamda, ölkədə dövlət idarəetməsinin təkmilləşdirilməsi, optimallaşma və rəqəmsallaşma, büdcə vəsaitlərinə qənaət istiqamətində aparılan islahatlar çərçivəsində bu məsələnin də həlli çox faydalı ola bilərdi."

Xeberler.az  məlumat verir ki, bu sözləri “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Prezident yanında İctimai Palatanın yaradılması ilə bağlı açıqlamasında bildirib. Ekspert mövcud durumu şərtləndirən amillərin də xeyli gücləndiyini vurğulayıb :

  • Son zamanlarda Prezidentin çıxışlarında ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar daha tez-tez eşidilir və ölkə başçısı bunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.
  • Ali hakimiyyət rəsmilərinin çıxışlarında da duyulur ki, ictimai vəsaitlərin səmərəsiz xərclənməsindən ciddi narahatçılıqlar var. 
  • Korrupsiyaya qarşı mübarizə sahəsində məsul olan qurumların hesabatlarında səslənən faktlar və məlumatlar da ictimai nəzarətin daha da gücləndirilməsini zəruri edir.
  • Hazırda aparılan islahatlara dəstək üçün cəmiyyətin bütün təbəqələrinin toparlanmasına ciddi ehtiyac var.
  • Mövcud qlobal çağırışlar da ölkənin qarşısında yeni hədəflər müəyyən edib.

Osman Gündüz sonda sözügedən qurumun bütövlükdə ölkənin inkişafına xeyli köməklik göstərə biləcəyini də qeyd edib:

"Düşünürəm ki, cəmiyyətin müxtəlif təbəqələrini ətrafında birləşdirən, öz sahəsində peşəkar olan, prinsipal olan, problemləri görüb dilə gətirməkdən çəkinməyən şəxslərin yer alacağı qurum çox faydalı ola bilərdi.  Əlbəttə, ümumi razılıq olarsa , bu tip qurumun formalaşması prinsiplərini hazırlamaq olar. Eyni zamanda bununla bağlı qanun hazırlamaq da pis olmazdı. Fikrimcə Prezident yanında yaradılacaq belə bir qurum islahatların daha sürətli aparılmasına və icra intizamının güclənməsinə, ictimai nəzarətin inkişafına, aktual problemlərin müzakirəsi və təkliflərin hazırlanmasına, bütövlükdə ölkənin inkişafına xeyli köməklik göstərə bilər."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.