Ekspert qatarlarda qiymətin bahalaşması ilə bağlı açıqlama verdi

26-07-2018 / 16:24

Daxili istiqamətlər üzrə sərnişin qatarlarına biletlərin qiymətləri yenidən qaldırıldı. Artıq ötən ilin yanvar ayında 18 manat olan SV tipli vaqonlar üçün qiymət ötən ilin ortalarında 20.46 qəpik olub, bu aydan etibarən isə 22 manat 67 qəpik olub. Bir ildə qiymətlər 25% qaldırılıb. Qatarlarda dəyişilən nə olub?

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Balakən istiqamətində olan qatarda dəyişilən heç bir şey yoxdur deyib: “Yenə də köhnə tipli, Sovetdən qalan vaqonlardır. Köhnə vaqonlar uyğunlaşdırılaraq, SV tipli edilib. Heç bir servis yoxdur. İnternet yoxdur. İşləmək üçün şərait yoxdur. İstifadə üçün adicə enerji təminatı yoxdur. Regionlardakı vağzallar pis gündədir. Dəmir yol xətləri bərbad vəziyyətdədir, qatarda sürət yoxdur – yenə də 450 km məsafəni 10 -12 saata gedir. Belə olan halda qiymət artımı nə üçün edilir? Kim verir bu təklifləri? Hansı xərclər dəyişib?

Osman Gündüz qeyd edib ki, mediada Azərbaycan Dəmir Yolları rəsmisinin tələbat artıb və tələbatı tənzimləmək üçün qiymətləri artırmağa məcbur olduğu bildirilib: “Əgər doğrudan da belə yanaşma varsa onda bu da anlaşılmazdır.Çünki açıqlamalar verilirdi ki yeni xətlər çəkirik, yeni qatarlar gətiririk, dünyaya çıxırıq və s. Düşünürəm ki, ADY rəhbərliyinin qiymət artırma siyasəti çox qüsurludur. Daxili xətlər üçün normal bir inkişaf planı hazırlanmalıdır. Uzun müddətdir ki, daxili istiqamətlərdə situasiya dəyişməz olaraq qalır. Qısa bir zamanda Dəmir Yol Vağzalını beynəlxalq standartlara uyğunlaşdırmaq mümkün olubsa, deməli digər sahələrdə də bu mümkündür. Düşünürəm ki, əgər ADY bir dövlət qurumu olaraq mövcud tələbatı tənzimləyə bilmirsə, onda hökumətə müraciət etməlidir, konkret layihələr hazırlanmalıdır, özəl sektor bu sahəyə cəlb edilməlidir”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.