Ekspert qeydiyyat rüsumunun qaldırılması ilə bağlı açıqlama verdi

03-08-2018 / 11:35

Mobil telefonların qeydiyyat rüsumu minimum 4 dəfə, maksimum isə 30 dəfəyədək qaldırılıb.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, indiyədək 5 manat olan qeydiyyat rüsumuun bundan sonra telefonun modelindən asılı olaraq 20-150 manat olması ilə əlaqədar münasibət bildirib: “NK bununla bağlı Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri-nin təsdiq edilməsi barədə qərar verib və bu qərar fiziki şəxslərin şəxsi istehlak üçün gətirdiyi telefonlara şamil olunur. Dərhal bu qərara münasibət bildirərək qeyd etmək istərdim ki, bu, sadəcə rüsvayçılıqdır. Başqa bir izahat tapa bilmirəm.

Qeyd edək ki, Osman Gündüz bu qərarın ölkədə texnologiyanın inkişafını ləngidəcəyini söyləyib: “Kimdir bu qərarın müəllifi? Kimlər bununla bağlı NK-ya müraciət edub? Bu, sadəcə müxtəlif qrupların varlanmaq ehtirasının göstəricisidir. Atılan addım mobil telefon bazarında kimlərinsə maraqlarını qorumaqla yeni inhisarçılıq yaratmaqdır. Bu insanların müasir texnologiyalara əlçatımlığımın məhdudlaşdırılması, innovasiyaların, 4G ,5G , LTE texnologiyaların inkişafının qarşısının alınmasıdır. Hazırkı rəqəmsal cəmiyyətə, rəqəmsal hökumətə keçidin qəsdən ləngidilməsinə cəhddir.”

Bildirək ki, Osman Gündüz son zamanlarda yaşanan qiymət artımlarının kimlərsə tərəfindən məqsədyönlü şəkildə əhalinin narazılığını artırmaq üçün edildiyini vurğulayıb: “Ümumiyyətlə, son dövrlərdə müşahidə olunur ki, kimlərsə məqsədyönlü olaraq vətəndaşların kütləvi olaraq narazılığının qaldırılmasında maraqlıdırlar. Heç bir normal məntiqə sığmayan addımlar atılır. İctimai müzakirələr, hesabatlılıq hədsiz azalıb. Düşünürəm ki, bu qərar həm də Prezidentin son zamanlarda qəbul etdiyi rəqəmsal hökumətə keçid, innovasiyaların təşviq və tətbiq edilməsi , rəqəmsaı sahibkarlığın inkişafı ilə bağlı sənədlərə tam ziddir. Fikrimcə PA bu məsələyə ciddi reaksiya verməlidir. Hesab edirəm ki, hökumət nəinki bu qərarın qüvvəsini dayandırmalı, hətta qərarın təşəbbüsçüləri, lobbiçilik edənlər aşkara çıxarılmalı və müvafiq tədbirlər görülməlidir.”

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.