Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019 / 16:16

"Nazir müavini Elmir Vəlizadənin bildirdiyinə görə, dövlət qurumlarının informasiya sistemləri bir məkanda, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində saxlanılacaq. Bu məqsədlə “Hökumət buludu”- G-Cloud yaradılır. Bununla bağlı Konsepsiyanın hazır olduğunu diqqətə çatdırıb. Amma xatırlayıram ki, bununla bağlı Prezident fərmanı var və Fərmanda NRYTN-ə tapşırılıb ki məhz adı çəkilən məsələnin effektivliyi ilə bağlı 6 ay müddətində araşdırma aparılıb təkliflər hazırlanmalıydı. Belə çıxır ki, Təkliflərdən öncə Konsepsiya hazırdır. Düzü, son dövlərdə Nazirlik tərəfindən atılan addımları çətin anlamaq olur. Bildiyim qədər, dövlət qurumlarında, özəl sektorda resursların bu Data Mərkəzə miqrasiyası ilə bağlı yekdil fikir yoxdur. Əksinə, ciddi narahatçılıqlar var."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert Data Mərkəzdə təhlükəsizlik və servislərin dayanıqlığı ilə bağlı şübhələrin olduğunu qeyd edərək sözü gedən proseslə bağlı xərclərin necə olacağı ilə bağlı açıqlamaların verilmədiyini də deyib:

"Bu Mərkəzdə avadanlıqlar 3 il öncə quraşdırılıb və lisenziyaların müddəti bitib. Xeyli bahalı da avadanlıqlar alınıb. Tərslikdən avadanlığı verən şirkətin – HP-nin də Azərbaycanda Nümayəndəliyi artıq bağlanıb. Rəsmi nümayəndəlik olmadığı halda hansısa Vendorun verə biləcəyi təminatlar ciddi dövlət resurslarının təhlükəsizliyi üçün yetərli ola bilərmi ? Bütün bunlar çox ciddi məslələrdir. Data Mərkəz ciddi qarantiyalar verməlidir ki, sabah bura köçürüləcək resursların dayanıqlığı və təhlükəsziliyi təmin olunmalıdır. Xərclərin də necə olacağı ilə bağlı açıqlamalar verilməyib. Əgər xərclər dövlət qurumlarında olduğundan yüksək olacaqsa onda ümumiyyətlə bu məsələ mənasını itirmiş olur. Resursların bu Mərkəzə miqarsiyasına yanlnız xərclərin optimallaşdırılması baxımından yanaşmaq doğru olmazdı. Təhlükəsizlik, dayanıqlı fəaliyyət və zəruri bütün servislərin əlçatanlığı daha vacib məsələlərdəndir."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.