Ekspert SOCAR-la bağlı yaradılacaq rəqəmsal portaldan danışdı

09-04-2019 / 14:51

"SOCAR və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi arasında Memorandum imzalanıb. Mövzusu da əvvəllər açıq tenderlərdə elan olunan, SOCAR üçün zəruri olan mal-material və xidmətlərlə bağlı elanların yerləşdirilməsi üçün rəqəmsal portal yaratmaqdır. Portal İİKM tərəfindən idarə ediləcək. Mahiyyətcə, faydalı bir addımdır. Amma, düzü anlamıram ki, İİKM hara bu tip işlər hara. İİKM qarşısına, bildiyim qədər tamamilə fərqli vəzifələr qoyulub"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert bir ay öncə Prezidentin Fərmanı əsasında dövlət satınalmaları və tenderlərlə bağlı portalın hazırlandığını qeyd edərək bu tip addımların anlaşılmaz olduğunu vurğulayıb:

"Portalı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - eGov Mərkəzi hazırlayıb. Adı çəkilən Memorandumun da mahiyyəti elə satınalmalar, açıq tipli tenderlərdi. Bu sahədə səlahiyyətli qurum da İN yanında müvafiq Dövlət Xidmətidir. Digər tərəfdən də kiçik və orta sahibkarlığa dəstəklə bağlı yeni dövlət agentliyi də formalaşdırılıb. Oxşar dövlət resursunun və səlahiyyətli dövlət qurumlarının olduğu bir halda kənarda yenidən nəsə portal yaratmağa, vəsaitlər xərcləməyə, yeni idarəetmə yaratmağa nə lüzum var görəsən? Xüsusən də, dövlət başçısı tərəfindən dövlət idarəetməsində optimallaşdırma, paralelçiliyin aradan qaldırılması və təkmilləşdirmə işlərinin aparıldığı bir vaxtda bu tip addımlar anlaşılmaz görünür"

Osman Gündüz sonda  "Düşünürəm ki, İİKM –in indiki zamanda həyata keçirəcəyi ən faydalı iş Strateji Yol Xəritələrinin icrası ilə bağlı ötən ilin Hesabatlarını açıqlamaq ola bilərdi. Artıq 3 ay keçib amma Hesabatlar hələ açıqlanmayıb. Xatırladıram ki, İİKM ötən ilin yarımillik hesabatlarının da ictimai müzakirəsini təşkil etməyib"- deyə bildirib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.