Ekspert Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlama verdi

31-07-2018 / 14:15

Son günlərdə həm dövlət, həm də özəl sektorda qiymət artımı müşahidə olunub.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, məsələ ilə bağlı aztəminatlı ailələr və tələbələrə güzəştlərin edilməsini söyləyib: “Hökumətin ictimai nəqliyyatdakı qiymət artımı ilə razılaşmasam da, əgər aztəminatlılar və tələbələrə güzəştlər tətbiq olarsa onda hökumətin arqumentləri ADY və Best Solution-un arqumentlərindən daha çox müzakirə predmeti ola bilər. ADY və ASAN imzada qiymət artımı ilə bağlı arqumentlər ümumiyyətlə müzakirə predmeti ola bilməz. ADY-nin qiymət artımı varlı-kasıb prinsiplərinə, ASAN imza sahiblərinin qiymət artımı isə sadəcə daha çox qazanc əldə etməyə əsaslanır.”

Belə ki, Osman Gündüz qiymət artımından nə qədər gəlir əldə ediləcəyini vurğulayıb: “Bu qiymət artımından nə qədər vəsaitlər daxil olacaq? Götürək ASAN imza-nı. Bu günə olan statistikaya görə təxminən  260 000 ASAN imza sertifikatı verilib. Gələn aydan yeni qiymət 2.5 manat olacaq və ASAN imza operatoru Best Solution şirkəti hər ay 260 000 x 2.5 m= 650 000 m. qazanacaq. Güman ki, bu vəsait mobil operatorlar və adı çəkilən şirkət arasında bölünəcək. İndi hökumətə sual olunur: Bir neçə şirkət, o cümlədən də dövlət şirkəti olan Azercell də daxil olmaqla , heç bir ciddi arqumentlər olmadan ictimai əhəmiyyət kəsb edən elektron xidmətin qiymətini qaldırmaqla , vətəndaşların və sahibkarların hesabına  hər ay yarım milyon təmiz gəlir əldə edəcəklərsə siz bunu necə izah edirsiniz?”

Qeyd edək ki, artıq Açıq Hökumət Platforması da bununla bağlı hökumətə müraciət edib.

Aşağıda qiymət artımının faiz göstəriciləri ilə tanış ola bilərsiniz:

  • ASAN imza xidməti , gələn aydan aylıq abunə haqqını Best Solution və mobil operatorlar 150% qaldırıb.
  • İctimai nəqliyyat, gediş haqqını Tarif Şurası 50% qaldırıb.
  • Dəmir yol, ADY daxili istiqamətlərdə biletlərin qiymətini 25% qaldırıb.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.