Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019 / 18:06

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Transxəzər layihəsinin bir həssəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinə başlayıb.

Xeberler.az  məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz sözü gedən məsələ ilə bağlı açıqlama verib:

"Nəhayət ki, az qala 20 illik problem həll olunmaq üzrədir. Uzun illər Xəzərin dibi ilə fiber optik xəttin çəkilməsi region ölkələrinin hamısının marağında olub. Müxtəlif zamanlarda müxtəlif ölkələrin bu layihəyə maneçilikləri olub. TAE-nin iflası, TASİM -in reallaşmamasının kökü məhz Xəzərin dibindən keçən xətlə bağlı olub. Artıq Azərbaycan tərəfdən AzerTelecom şirkəti və Qazaxıstan tərəfdən Transtelekom və KazTransCom şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib"

Ekspert eyni zamanda mövcud layihənin Azərbaycanın Rəqəmsal Mərkəzə (Digital Hub) çevrilməsinə səbəb olacağına ümid etdiyini vurğulayıb:

"Hiss olunurdu ki, həm hökümət tərəfindən və həm də özəl qurum olan AzerTelecom tərəfindən ciddi işlər aparılır. Amma düzü mən də, böyük dövlətlərin maraqları baxımından tezliklə bunun baş tutacağını gözləmirdim. Artıq dövlətlərarası saziş də imzalanıb. Çox böyük uğurdu. Düşünürəm ki, AzerTelecom -un bu layihəsi Azərbaycanın telekommunikasiya və bütövlükdə rəqəmsal sektorunda ciddi keyfiyyət dəyişikliyi yaradacaq. Regionun rəqəmsal bazarında Azərbaycanın üstün mövqeyinin formalaşmasına , Rəqəmsal Mərkəzə (Digital Hub) çevrilməsinə səbəb olacaq"


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.