Ekspert: Güzəştli mənzillərin onlayn satışı bu dəfə uğurla başa çatdı

29-04-2019 / 14:13

"Güzəştli mənzillərin onlayn satışı bu dəfə uğurla başa çatdı. Sistemlərində hər hansı problem yaranmadı. Müşahidə prosesində iştirak edirdim. Yeri gəmişkən, xeyli sayda dövlət və özəl sektor nümayəndələri, XDMX, ASAN, NRYTN, Delta Telekom, MHM, AzİnTelecom , MHM, eGov Mərkəzi , Ernest&Yang və s. qurumalr da prosesdə iştirak edirdilər. DEMO versiyanın qabaqcadan 1 ay ərzində işə salınması və iddiaçıların qabaqcadan xeyli məşq etməsi və iddiaçılar tərəfindən İT mütəxəssislərin prosesə cəlb edilməsi seçim zamanını xeyli dəyişib. Artıq ilk dəfə olaraq bu satışda ilk seçim 4-5 saniyə çəkdi. 38-40 saniyəyə bütün mənzil seçimi başa çatdı. Ekranda bütün prosesi müşahidə ertmək mümkündür. Əvvəlcədən də yazanlar vardı ki 6 saniyəyə DEMO-da seçim edə bilir. Təəssüf ki mənə canlıyayım üçün şərait yaratmadılar. Düşünürəm ki,  növbəti mərhələdə mütləq bütün prosesi sosial mediada və TV-lərdə canlı yayım etmək lazımdır. Ümid edirəm MİDA rəhbərliyi nəzərə alacaq"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda MİDA-nın məlumatlandırma sisteminin də təkmilləşdirilməli olduğunu vurğulayıb:

"MİDA-nın məlumatlandırma işlərini də təkmilləşdirmək lazımdır. Baxıram ki, aprelin 15-dən sonra "facebook" səhifələrində heç bir informasiya verməyiblər. Eyni zamanda MİDA -nın hazırda tikdiyi binalara baxanda belə anlamaq olar ki, yaxın zamanda iddiaçıların hamısı güzəştli mənzil əldə edə biləcək. MİDA rəhbərliyi bu mənzil tikintisi ilə bağlı dinamikanı və məhdud sayda güzəştli mənzil iddiaçılarının da ən uzağı nə zaman mənzil ala biləcəyini indidən təxmini olaraq elan edə bilər. Əlbəttə onlayn satış ən şəffaf və insan müdaxiləsinə imkan verməyən uğurlu variantdır. Eyni zamanda ümumiyyətlə güzəştli seçim üçün əlavə imkanları da nəzərdən keçirmək pis olmazdı. Onlayn formada yeni mənzil əldə edənləri təbrik edirik, gözləmədə olan iddiaçılara da səbrli olmağı arzulayırıq."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.