Ekspert: İnnovativ yanğınsöndürmə texnikasından istifadə edilməlidir

26-03-2019 / 14:11

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib. Yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

Xeberler.az  məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz hadisəylə bağlı açıqlama verib:

"Son zamanlar baş verən yanğınlarda diqqət çəkən məqam daha çox peşəkarlıq və tətbiq olunan texnologiyalarla bağlı olur. Bu gün 1000-dək mağazası olan "Diqlas" Ticarət Mərkəzində baş verən yanğında da görünən odur ki, əsasən ənənəvi yanğınsöndürmə texnologiyalarından istifadə olunurdu. Videolardan görsənir ki, bəzi hallarda hətta mağaza sahibləri özləri də yanğın söndürmə prosesində aktiv iştirak edirlər. Dünyada artıq bu tip ərazilərdə, bu tip obyektlərdə baş verən yanğınları söndürmək üçün bir xeyli yeni, innovativ üsullardan və texnologiyalardan istifadə olunur. İctimai ərazilərdə yerləşən, qeyri-yaşayış sahəsində, ticarət obyektlərində nə üçün avtomatik yanğınsöndürmə sistemləri quraşdırılmasın? Böyük obyektlərdə nə üçün buna cavabdeh şəxslər olmasın?"

Ekspert sığorta məsələlərinin sərtləşdirilməli olduğunu da vurğulayıb:

"Yəqin ki, buradakı mağaza sahibləri icarə üçün, müxtəlif xidmətlər üçün xeyli vəsaitlər ödəyirdilər. Bunun qarşılığında onlara hansı xidmətlər təklif olunurdu? İndi onların zərərini kim ödəməlidir? Fikrimcə, hökumət zərər çəkmiş sahibkarları müdafiə etməlidir. Sığorta məsələsi sərtləşdirilməlidir. Əgər əlçatan bir ərazidə, yanğınsöndürən maşınların və digər resursların, yanğınsöndürənlərin olduğu halda, uzun müddət yanğını söndürmək, əmlakları xilas etmək mümkün deyilsə demək ümumiyyətlə yanğından mühafizə sistemi, yanğın təhlükəszizliyinin dayanıqlığı və effektivliyi, tətbiq olunan texnologiyalar yetərli deyil. Yanğından çəkilən video və fotolara baxanda elə qabaqcadan da hesablamaq olardı ki, mövcud resurslarla yalnız kənara yayılmanın qarşısını almaq mümkün olacaq. Odur ki, bu məsələlərə yenidən baxılması doğru olardı."

Osman Gündüz eyni zamanda FHN-nin yeni, innovativ yanğınsöndürmə texnikasından istifadə etməli olduğunu da qeyd edib:

"Yeri gəlmişkən, maraqlıdır ki, FHN nə üçün başqa ölkələrdə olduğu kimi Könüllü yanğından mühafizə dəstələrini inkişaf etdirmir? Hansı ki, bunlar qanunvericilikdə də nəzərdə tutulub. Əlbəttə, yanğın təhlükəsizliyi ilə əlaqəli FHN tərəfindən müəyyən işlərin görüldüyünü müşahidə edirik. Biz yanğınsöndürənlərin öz həyatlarını riskə atdıqlarının fərqindəyik. Onların fədakarlığını yüksək qiymətləndirirk. Bununla belə düşünürəm ki, FHN yeni, innovativ yanğınsöndürmə texnikası, yanğınsöndürən və yanğından qoruyan yeni maddələr əldə etməlidir. Yeni yanaşmalar olmalıdır, FHN Könüllü dəstələrin yaradılmasını stimullaşdırmalı və onlara təlimlər keçməlidir, ictimai əhəmiyyətli yerlərdə daha effektiv yanğından mühafizə və yanğısöndürmə sistemlərindən istifadə edilməlidir."

                                                                                                        Aida İSAQ


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.