Elektron arayışla kredit verən bankların sayı artacaq

28-12-2014 / 12:59

“Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətinə artıq bir neçə bank qoşulub.

Xeberler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, hazırda bu xidmətdən “Unibank” ASC, “Accessbank”, “Bank of Baku”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC və “Bank Respublika” ASC faydalanmaqdadır.

Yaxın zamanda isə “İnkişaf üçün maliyyə” Qeyri-Bank Kredit Təşkilatı, “Rabitabank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AGBank” ASC və bir sıra digər banklar bu e-xidmət vasitəsilə kredit vermə prosesini sadələşdirəcəklər.

Vətəndaş banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edir. Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.