“Elektron Azərbaycan” Dövlət Proqramında simsiz internet

29-10-2010 / 12:28

Simsiz geniş zolaqlı internetin inkişafı “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı”nın tərkib hissəsidir.

Bu haqda Azərbaycanda simsiz genişzolaqlı internet əsasında Elcell brendi altında internet-xidmətləri göstərən Datacell şirkətinin baş direktoru Ramiz Şərifov bəyan edib. “Elektron Azərbaycan” Dövlət Proqramında “milli telekommunikasiyaların inkişafı”, “dövlət təşkilatları və özünüidarə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərinin inkişafı” kimi istiqamətlər nəzərdə tutulub.

R. Şərifov qeyd edib ki, simsiz texnologiyalar əsasında infrastrukturun inkişafı informasiya və kommunikasiya texnologiyaları sahəsində ən müasir istiqamətdir.
Hazırkı mərhələdə biznes-konsepsiyası “hər yerdə və hər kəs üçün” nəzərdə tutulan bu proses “rəqəmsal bərabərsizliyin” aradan qaldırılması və ümummilli internet-infrastrukturun inkişafı üzrə aparılan dövlət siyasətinin tərkib hissəsi olmağa imkan verir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.