Elektron dərsliklərin təqdimatı keçiriləcək

06-10-2015 / 11:31

Bu gün 6 saylı məktəb-liseydə Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəblilər üçün hazırladığı www.e-derslik.edu.az portalının təqdimatına həsr olunmuş seminar keçiriləcək.

Xeberler.az bildirir ki, seminarda digər elektron resurslar, bu resurslardan istifadə qaydaları haqqında şagirdlərə məlumat veriləcək.

Qeyd edək ki, tədbir "Təhsil könüllüləri" tərəfindən təşkil olunacaq. Təqdimatda müəllimlərin təqdim olunan resurslar barədə fikirləri dinləniləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə