Elektron ensiklopediya işıq üzü gördü

02-12-2011 / 19:06
Müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar ilk dəfə elektron ensiklopediya yaradılıb. Bu gün açılışı olan azerbaijans.com saytı 7 dildə fəaliyyət göstərəcək ki, bu da Azərbaycan haqqında məlumatların bütün dünyaya yayılması üçün geniş imkanlar açacaq.

Bir ilə yaxın davam edən layihə abduyev.com saytının kollektivi tərəfindən həyata keçirilib. Saytda 68 bölüm var və hər birində Azərbaycana aid məlumatlar, fotoqalereya, azetube – videoçarxlar bazası yer alıb. Saytda Azərbaycanın tarixi, ərazisi, mədəniyyəti, idmanından tutmuş mətbəxinə qədər bütün məlumatlar var.

Sayt Azərbaycanı tanımaq, gəzmək istəyən turistlər üçün də əla vasitədir. Belə ki, burada turizm bölgələri, kurort zonaları, otellər barədə də ətraflı məlumatlar yerləşdirilib.

Bundan başqa, azerbaijans.com-da valyuta məzənnəsi, hava durumu və aviabiletlərin elektron satışı, otellərin rezervasiyası və avtomobillərin kirayəsi də yer alıb.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə