Elektron hərrac sistemi istifadəyə verilib

03-07-2018 / 12:40

Əmlak Məsələləri Dövlət Komitəsi artıq özəlləşmə prosesini reallaşdıran
hərracları evinizdən həyata keçirir. Söhbət məkan və zaman məfhumunu tamamilə aradan qaldıran Elektron Hərrac sistemindən gedir.

Xeberler.az bildirir ki, investorlar bu sistemə qoşulmaqla rahatlıqla əmlak sahibi olurlar. Yeni texnologiyaların tətbiqi ilə optimallığı artıran elektron hərrac özəlləşdirmə imkanlarını olduqca genişləndirib. Belə ki, elektron şəkildə sifariş vermək, prosesi onlayn məsafədən izləmək kimi üstünlüklər özəlləşməyə müasir standartlar gətirib, şəffaflığı artırıb. Müasir yenilikləri tətbiqi isə prosesə olan əlçatanlığı yüksəltməklə birbaşa vətəndaşlara, investorlara xidmət edir. Bununla sərmayəçilər biznes planlanlarını reallığa çevirir.

Elektron hərracın investorlara olan faydası sərmayəçilərin sistemə olan marağını artırıb. Belə ki, qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq 30-a yaxın vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 100-ə yaxını isə elektron şəkildə həyata keçirilib.

Özəlləşmə ilə əlaqədar keçirilən hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırmaqla prosesi rəqabətli edir. Ümumilikdə hərracların 75-i rəqabətli şəkildə baş tutub. Bunun 40-a yaxını cari ilin payına düşür. İlin sonuna kimi isə bu rəqəm daha da artacaq. Hərraclarda tətbiq edilən yeniliklər, prosesin tam olaraq elektron müstəviyə keçidi bunu deməyə əsas verir.

İnvestorlar özəlləşmədə yaradılan imkanlardan iyulun 3-də keçirilən növbəti hərracda da istifadə ediblər. Özəlləşdirilən əmlaklara edilən sifarişlərin əksəriyyəti elektron şəkildə həyata keçirilib. Bununla da biznes mühitində daha bir neçə obyekt
fəaliyyətə başlıyır. Beləki bu dəfəki hərracda 8 əmlaka 9 sifariş qəbul olunub. Bunlardan 4-ü elektron qaydada verilib. Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri ofis, xidmət və digər sahələrdə gəlirli obyekt kimi istifadə edilə bilər. Bakı
şəhəri, Xətai rayonunda yerləşən ümümi faydalı sahəsi 250 kv.m olan qeyri-yaşayış sahəsi belə əmlaklardandır. Bundan başqa paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi də ofis üçün əlverişlidir. Ümumi faydalı sahəsinin 60 kv.m-ə yaxın olması da bu fəaliyyətin reallaşmasına imkan verir. Qeyd edilməlidir ki, bu kateqoriya üzrə özəlləşən əmlaklar paytaxtın Nizami, Yasamal, Xətai, Nəsimi rayonunda, digər obyekt isə Sumqayıt şəhərində yerləşir. Budəfəki hərracda özəlləşən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 10 kv.m ilə 250 kv.m arasında dəyişir.

Qeyd edək  ki, cari il ərzində ümumilikdə 114 hərrac keçirilib, səhmdar cəmiyyətlərin səhm paketləri üzrə, kiçik dövlət müəssisələri, nəqliyyat vasitələri və digər təsnifatlar üzrə 350-ə yaxın dövlət əmlakı özəlləşdirilib.

Müasir texniki imkanlardan istifadə edərək yenilənmiş elektron prosedurlarına qoşulmaq üçün Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az özəlləşdirmə portalına daxil olmaq kifayətdir. Bu ünvanlar hərrac prosesinə qeydiyyat, elektron sifariş və onlayn iştirak kimi xidmətləri göstərməklə bərabər, informativ xarakter də daşıyır. Hərrac prosesi barədə məlumatlandırma üçün əsas virtual mənbə olan özəlləşdirmə portalında dövlət əmlakları barədə ətraflı məlumatlar yerləşdirilir və onlayn məsləhət pəncərəsində bütün suallar cavablandırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə