Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

20-06-2017 / 17:24

Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyət istiqamətləri üzrə innovasiyaların tətbqini genişləndirməklə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı işlərini sürətləndirir. Sistem vasitəsilə müxtəlif sahələrdə effektiv və operativ idarəetmə, səmərəli fəaliyyət üçün zəruri olan dolğun, etibarlı və çevik xarakterli elektron məkan məlumatlarından istifadə  imkanları  artırılır.

Xeberler.az-ın məlumatına görə, bu barədə komitə sədri Kərəm Həsənov İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində  görülən işərdən danışarkən deyib.

Qurum rəsmisi deyib ki, fəaliyyət istiqamətlərini optimallaşdıran elektron xidmətlərin sayı da çoxaldılıb:

“Hazırda Komitənin fəaliyyət sahələri üzrə 32 elektron xidmət və 3 SMS, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Qeyd edilməlidir ki, Komitə tərəfindən göstərilən elektron xidmətlərdən 700 minə yaxın vətəndaş istifadə edib”.

Onun sözlərinə görə, komitənin innovativ layihəsi olan daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsi, vətəndaşlara əmlaklar üzərində çıxarışların elektron formatda təqdim olunmasını mümkün etdi. Bununla əhali öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə bilir:

“Qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablamaya imkan verən yeniliklərdən biri Əmlakın qeydiyyatı kalkulyatoru oldu. Bundan başqa qeydiyyat sahəsində optimallıq, operativlik nəzərə alınaraq “bir pəncərə” prinsibi də tətbiq edilir. “Bir pəncərə” prinsipinin tətbiqi ilə kadastr məsələləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqlara dair rəylərin verilməsi məsələləri öz həllini tapır. Daşınmaz əmlakın qeydiyyatı sahəsində innovasiyaların tətbiqi ilə yanaşı ardıcıl sosial layihə olan Kütləvi çıxarış» kampaniyası keçirilir və mobil ofis xidmətləri  göstərilir. Komitə tərəfindən cari il ərzində  paytaxt və regionlar üzrə 12 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Ümumilikdə mobil ofis vasitəsilə isə 200 minə yaxın vətəndaşa qeydiyyat və bir sıra xidmətlər göstərilib”.

Kərəm Həsənov  qeyd edib ki, Komitə müasir çağrışlara uyğun olaraq özəlləşdirmə sahəsində fəaliyyətini təkmilləşdirərək Özəlləşdirmə portalı yaradıb. Ümumilikdə portaldan istifadə edənlərin sayı 700 minə yaxındır:

“Komitə tərəfindən ümumilikdə 40-a yaxın açıq və şəffaf hərrac keçirilib. 1100-dən artıq əmlak hərraclarda özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan əmlaka sifariş verilməsi və iştirak proseduru da elektron qaydadadır. Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə verib. Inkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq tətbiq olunan sistem dövlətə məxsus daşınar əmlakın özəlləşdirilməsini həyata keçirir. Elektron Hərracda gələcəkdə bütün növ əmlakların özəlləşdirilməsi mümkün olacaq”.

O, həmçinin qeyd edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi beynəlxalaq təcrübəyə uyğun Ünvan Reyestri İnformasiya Sistemini yaradıb.

“Ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün də imkan yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi AzNav ölkənin ilk rəsmi Naviqasiya Sistemini istifadəyə verib. Sistemin 80 minə yaxın istifadəçisi var".

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.