Elektron Hesabat Sistemi yaradıldı

16-08-2018 / 10:46

15 avqust 2018-ci il Əmanətlərin Sığortalanması Fondu informasiya texnologiyaları sahəsində yeni layihələrin icrasına davam edərək, ƏSF-nin üzvü olan banklardan hesabatlarının vahid formada qəbul edilməsi və idarə edilməsi məqsədilə Elektron Hesabat Sistemi yaradıb.

Xeberler.az məlumat verir ki, Banklar Əmanətlərin Sığortalanması Fonduna təqdim etdikləri rüblük hesabatları Fond tərəfindən yaradılmış internet-portalına Milli Sertifikat Xidmətləri Mərkəzinin buraxdığı və bankın adına alınmış elektron imza sertifikatlarından isitfadə etməklə daxil edə biləcəklər.

Belə ki, bu sistem Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarla Fond arasında məlumat mübadiləsinin operativ aparılmasını, bankların rüblük hesabatlarına nəzarəti və təhlükəsiz idarə edilməsini, hesabatların emalı və analitik məlumatların hazırlanmasının sürətləndirilməsini təmin edir. Əmanətlərin Sığortalanması Fondunun ləğv etməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə inteqrasiyanın qurulması üzrə işlər davam etdirilir. Bu layihə ləğv prosesində olan bankların müştərilərinə kredit borclarının Asan ödəniş terminalları ilə nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödənilməsinə imkan yaradacaq.

Xatırladaq ki, bundan öncə Əmanətlərin Sığortalanması Fondununun ləğvetməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə Hökumət Ödəniş Portalına inteqrasiyası təmin edilib ki, bu da ölkə ərazisində fəaliyyət göstərən bütün bankların 2000-ə yaxın xidmət şəbəkəsində və Azərpoçt MMC-nin 1300-dən çox məntəqədə, 1000-dən çox ödəniş terminallarında nağd formada və www.gpp.az internet-portalından, bankların elektron bankçılıq xidmətlərindən istifadə edilməklə ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada ləğv prosesində olan bankların kredit ödənişlərinin qəbul edilməsinə imkan yaradılıb.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu mərkəzləşdirilmiş informasiya sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulması üzərində iş aparır. Bu layihə proseslərin avtomatlaşdırılması, mövcud sistemlərin daha müasir və dayanıqlı sistemlərlə əvəz edilməsi, sistemlərin funksional imkanlarının təkmilləşdirilməsi, əlaqədar təşkilatlar arasında informasiya mübadiləsinin müasir tələblər səviyyəsində qurulması və qeyd olunan sistemlər üzrə yeni ehtiyat mərkəzdə müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.